2014-cü ilə qədər Qobustan şəhəri Qobustan Eksperimental Poliqonunda istehsal edilən elektrik enerjisi hesabına enerji ilə tam təchiz olunacaq. Bu barədə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov bazar ertəsi “Alternativ və bərpa olunan enerji sahəsində risklərin sığortası” mövzusunda simpoziumda bildirib.
“Qobustan Eksperimental Poliqonu rayonumuz üçün böyük əhəmiyyət kəsb edir. 2013-cü ilin sonuna kimi poliqonda istehsal edilən enerji Qobustan şəhərini elektrik enerjisi ilə tam təmin edəcək”, - deyə o söyləyib.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov qeyd edib ki, 2020-ci ilə qədər elektrik enerjisi istehsalının ümumi həcmində alternativ enerjinin xüsusi çəkisinin 20%-ə çatdırılması ölkə qarşısında vəzifə olaraq durur. Bununla yanaşı, əsas prioritetlər külək enerjisi, biokütlənin istifadəsi, su və günəş enerjisidir.
Qobustan Eksperimental Poliqonu ərazisində ümumi gücü 2,7 meqavat olan üç külək turbini, 1,8 meqavat gücündə günəş enerjisi stansiyası və 1 meqavat gücündə bioenerji qurğusu yaradılıb. Hazırda poliqonun gücü 5,5 meqavat təşkil edir. 2015-ci ilə qədər onun gücü 8 meqavata çatdırılacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət