XX əsrdə ən böyük soyqrımlar ateistlər tərəfindən törədilib. İskəndəriyyə kitabxanasının direktoru İsmayıl Seragəldin belə hesab edir.
“Məsələn, Hitler, Stalin və Mao Tszedun ateist idilər. Yəni onların törədikləri soyqrımların əsasında dini deyil, etnik amillər dayanır”, - deyə o, Birinci Cənubi Qafqaz Forumu çərçivəsində təşkil edilmiş “Funksional cəmiyyətlər üçün mədəniyyətlərarası və dinlərarası münasibətlər” mövzusunda paneldə bildirib.
Litvanın sabiq prezidenti Valdas Adamkus paneldə çıxışında ölkəsində dinin tarixi və rolu barədə məlumat verib. O qeyd edib ki, Litvada əhalinin 77%-i katoliklərdir.
“Katolizm Litvanın ictimai həyatında çox böyük rol oynayır. Bizim cəmiyyətimiz plüralizm prinsipləri əsasında qurulub. Katolik kilsəsi siyasətə qarışmır və bizdə güclü xristian demokratik partiyası yoxdur”, - deyən sabiq prezident əlavə edib ki, Litvada bütün dinlərə hörmətlə yanaşılır.
Uruqvayın sabiq prezidenti Luis Alberto Lakalle isə çıxışında bildirib ki, fanatizm və dinin fərqi ondadır ki, din insanları birləşdirir, fanatizm isə ayırır.
“Hətta ateistlər də başa düşməlidirlər ki, konservatizmə dəvət edən, siyasətlə bağlı olmayan və dindarların hüquqlarını tapdalamayan din cəmiyyətin möhkəmlənməsinə xidmət edir”, - deyə o vurğulayıb.
Bolqarıstanın sabiq prezidenti Peter Stoyanov öz çıxışında dinlərarası münasibəti xarakterizə edib.
“Biz bir-birimizi başa düşməli və kömək etməyi bacarmalıyıq”, - deyə o bildirib.
P.Stoyanovun sözlərinə görə, Bolqarıstan əhalisinin 10%-i türkdür və onlar bütün hüquqlara malikdir, onların cəmiyyətlər yaratması, məscidlər tikməsi, deputat seçilməsi üçün hər cür imkan yaradılıb.
Latviyanın eks-prezidenti Valdis Zatlers stereotiplərin yox edilməsinin vacibliyini qeyd edib.
“Bu gün dövlətin stabilliyinin qorunması üçün həm də inklüzivliyə malik olan tolerant cəmiyyət yaratmaq lazımdır. Bu, yalnız birinci və ya ikinci din anlayışının olmadığı dünyəvi dövlətdə mümkündür”, - deyə o söyləyib.
Onun sözlərinə görə, bu gün islam fundamentalizmi barədə tez-tez danışılır.
“Xristian fundamentalizmini bir cərəyan olaraq xatırlamağımız gərəkdir. Ateist- fundamentalistlər də mövcuddur, ancaq biz düşünürük ki, ateistlərlə bağlı problem yoxdur”,- deyə V.Zatlers bildirib.
Eks-prezident vurğulayıb ki, müasir dünyada dindən siyasi məqsədlərlə istifadə etmək siyasətə zərər verir.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
Yelo Bank-ın sərfəli ipoteka kreditini qaçırma!
30-dan çox şirkətin iştirakı ilə “Yelo Career Festival” keçirildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət