Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin “İnter” telekanalında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsi barədə filmin göstərilməsi və filmdə bu bölgənin müstəqil dövlət kimi təqdim edilməsi ilə əlaqədar Ukrayna Xarici İşlər Nazirliyinə nota təqdim edib.
“Mayın 11-də Ukraynanın “İnter” telekanalında Dağlıq Qarabağ bölgəsi barədə süjet nümayiş etdirilib. Telekanal Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib”, - deyə Azərbaycanın Ukraynadakı səfirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
“Bununla əlaqədar biz Ukrayna XİN-ə nota təqdim etdik, o cümlədən telekanalın rəhbərliyi ilə əlaqə saxlayaraq onlara bildirdik ki, təqdim olunan süjetdə tarixi faktlar kobud şəkildə təhrif edilib”, - deyə agentliyin müsahibi əlavə edib. O vurğulayıb ki, “İnter” telekanalının hazırladığı süjetdə qeyd olunur ki, guya Şuşa Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən yer üzündən silinmiş Ermənistan şəhəridir. Onun sözlərinə görə, səfirlik telekanalın rəhbərliyinə bu məsələni müzakirə etmək məqsədilə görüş keçirməyi təklif edib.
“Biz onlara Qarabağ reallıqlarını əks etdirən material hazırlamağı təklif etdik”, - deyə səfirlikdən qeyd ediblər.
Azərbaycanın Ukraynadakı səfirliyi 2009-cu ildə “İnter” telekanalında göstərilən Dağlıq Qarabağ ilə əlaqədar reportaja görə Ukrayna XİN-ə nota təqdim etmişdi. O zaman Azərbaycan tərəfi bəyan etmişdi ki, reportajda Qarabağ münaqişəsinin tarixi ilə bağlı faktlar təhrif olunub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət