ATƏT missiyası mayın 23-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirməyi planlaşdırır. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri tərəfindən Füzuli rayonunun Qaraxanbəyli kəndinin şərqindəki təmas xəttində keçiriləcək.
Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi 1994-cü ilin may ayından qüvvədədir. ATƏT münaqişə tərəflərinin barışıq şərtlərini yerinə yetirməsi haqqında məlumat əldə etmək üçün bu təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin köməyi ilə qoşunların təmas xəttində mütəmadi olaraq monitorinqlər təşkil edir.
90-cı illərdə Dağlıq Qarabağın mənsubiyyəti məsələsi ilə bağlı ermənilər və azərbaycanlılar arasında başlamış qanlı münaqişənin gedişində təkcə Dağlıq Qarabağ deyil, həm də onun ətrafında olan Azərbaycanın 7 rayonu - Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı işğal edilib. Nəticədə 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və hazırda onlar çadır şəhərciklərində yaşayırlar.
BMT-nin Təhlükəsizlik Şurası 30 aprel 1993-cü il tarixli 822, 29 iyul 1993-cü il tarixli 853, 14 oktyabr 1993-cü il tarixli 874 və 12 noyabr 1993-cü il tarixli 884 saylı qətnamələrində Azərbaycan ərazilərinin işğalını pisləyib. Təhlükəsizlik Şurası Ermənistan silahlı birləşmələrinin işğal altında olan ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edib.
Bu gün beynəlxalq vasitəçilərin iştirakı ilə bu problemin həlli ilə bağlı danışıqlar prosesi gedir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransanı təmsil edən həmsədrləri məşğul olurlar.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət