“İnterfaks-Azərbaycan” agentliyinin Fələstinin əmək naziri Əhməd Məcdalani ilə müsahibəsi
Cənab nazir, Siz bu yaxınlarda Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin konfransında iştirak etmisiniz. Aparılan müzakirələrin yekunlarını necə qiymətləndirirsiniz?
Bakıda keçirilən ikigünlük konfransda bizi və digər islam dövlətlərini maraqlandıran problemlərə toxunulub. Bu problemlər işsizlik, əmək qabiliyyətinin artırılması kimi problemlər idi ki, bunlar da dünya maliyyə və iqtisadi böhranına görə bizə çətinlik yaradır.
Bu konfransı mühüm hadisə hesab etmək olar. Çünki əvvəllər heç vaxt Azərbaycan və ya digər müsəlman dövlətləri bu kimi görüşlər keçirməmiş və belə konfranslara ev sahibliyi etməmişdir. Bu kimi görüşlərin keçirilməsi müsəlman dövlətlərinə dəstəyi ifadə edir, lakin mən hesab edirəm ki, bu konfrans bütün müsəlman dövlətləri üçün faydalı olacaq.
Hesab edirəm ki, işsizlik, yoxsulluq kimi problemlərin həll edilməsi üçün sosial-iqtisadi mübadilə ilə bağlı Azərbaycanda son illərdə baş verənlər çox təqdir edilməlidir. Habelə bu problemlərin aradan qaldırılması üçün imkanların inkişaf etdirilməsi və fürsətin olması iştirakçı ölkələr arasında təcrübə mübadilələrinin aparılması üçün ən yaxşı mexanizmdir.
Bu gün Fələstində, xüsusilə də Qəzza Zolağında işlə təmin olunma məsələləri ilə bağlı vəziyyət necədir?
Fələstində iqtisadi vəziyyətin əsasını iş imkanlarının göstəriciləri təşkil edir. İsrail işğalı Fələstinin iqtisadi inkişafının qarşısında böyük maneə yaradır, cünki məhz bizim iqtisadi inkişafımız investisiya yaradır, eyni zamanda bu iş imkanlarını da ortaya çıxarır. Bundan başqa, İsrailin işğalı altında olan Fələstin torpaqlarının böyük bir hissəsi kənd təsərrüfatı üçün çox yararlıdır. İsrail öz siyasəti ilə su resurslarına nəzarət edir və Qəzzanın mühasirəyə alınması Fələstin regionlarını bir-birindən ayırır. Bu isə iqtisadi inkişafa mane olan amildir.
Bundan başqa, bizdə, Fələstində işsizlik faizi yüksəkdir. Qəzza Zolağında işsizlik 21%, Qərb Sahilində isə 18% təşkil edir. Lakin İsrail blokadasına və təbii resurslara və Fələstin ərazilərinə hökmranlıq siyasətinə baxmayaraq, bizim işsizlik probleminin aradan qaldırılması və həll edilməsi üçün bir sıra siyasətimiz və strategiyamız var ki, biz bu siyasətlə Fələstin ictimaiyyətinə mənfi təsir edən bu halları aradan qaldıra bilərik.
Qeyd etdiniz ki, Fələstin İsrailin təcavüzü ilə üzləşir, nəticədə həm də işlə təmin olunma ilə bağlı müxtəlif problemlər yaranır. Bakıda keçirilən konfransın panellərində bu məsələ qaldırıldımı?
Konfransda fələstinlilərin, Fələstin ictimaiyyətinin və eyni zamanda Fələstin dövlətinin üzləşdiyi çətinlik və problemlərə aydın şəkildə toxunuldu. Fələstin dövlətinin öz müstəqilliyi və suverenliyini əldə etməsi məsələləri və eyni zamanda öz müəssisələrini qurması məsələləri müzakirəyə çıxarıldı. Bundan başqa, konfransda müsəlman dövlətləri Fələstində həyat şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar olaraq ölkənin iqtisadi, siyasi və diplomatik səylərinə dəstək nümayiş etdiriblər.
Azərbaycan müxtəlif səviyyə və platformalarda Fələstinə müstəqil dövlətin yaradılması üzrə dəfələrlə açıq dəstək nümayiş etdirib. Siz bu mövqeni necə şərh edərdiniz?
Heç şübhəsiz ki, azərbaycanlı qardaşlarımız başda Cənab Prezident İlham Əliyev olmaqla hər zaman Fələstinin haqq işində onun yanında olublar. Bizim ədalətli problemimizə hər zaman kömək edib, dəstək göstəriblər. Azərbaycan höküməti Fələstinin verdiyi bütün qərarlarda öna öz dəstəyini göstərib. Mən 2004-cü ildə Azərbaycana səfər etmişdim. Səfər çərçivəsində prezident və parlament spikeri ilə görüşmüşdüm. Bu görüş çərçivəsində BMT və Beynəlxalq Ədalət Məhkəməsinin məskunlaşma və irqi ayrı-seçkiliklə bağlı çıxardığı qətnamələrlə bağlı danışıqlar apardıq. Azərbaycanın bu məsələlərdə mövqeyi çox mühüm idi. Eyni zamanda keçən il BMT-də Fələstin dövlətinin təşkilata qeyri-üzv müşahidəçi dövlət kimi tanınmasına Azərbaycanın səs verməsinin şahidi olduq. Azərbaycan hökuməti və qardaş Azərbaycan xalqı hər zaman bütün beynəlxalq dairələrdə bizim problemimizə öz dəstəyini göstərib.
Biz bu mövqedən çıxış edərək ikitərəfli əlaqələrin inkişaf etdirilməsində bütün vasitələrdən istifadə etməyə səy göstəririk və məlum olduğu kimi, dövlət başçısı İlham Əliyevə gələn iyun ayında islam dövlətlərinin Fəlsətinə yardım etməsi üçün Aman şəbəkəsi konfransına ev sahibliyi edəcəyi üçün təşəkkürümüzü bildiririk. Hesab edirik ki bu müsbət və mühüm addım Azərbaycan Prezidenti və azərbaycan hökumətinin bizim ədalətli mübarizəmizə və problemimizə olan yüksək diqqətindən irəli gəlir.
Fələstin mürəkkəb regionda yerləşir. Bu gün Suriyada baş verən hadisələr fələstinlilərin ictimai-siyasi həyatına və bütövlükdə Fələstinə necə təsir edir?
Suriya mühüm bir region dövlətidir və onun təkcə Fələstinə deyil, Livan, İordaniya, İraq və bir sıra ətraf ölkələrə təsiri böyükdür. Bununla yanaşı, Suriyada baş verən hadisələrdən, dövlətin parçalanmasından çox narahatıq. Yəni Suriya dövləti bu şəkildə region ölkələrinə mənfi izlər buraxa bilər. Suriyada təqribən 70000 fələstinli məskunlaşıb və onlar artıq Suriya ictimaiyyətinin bir hissəsinə çevrilib. Onlar Suriyada iqtisadi və sosial hüquqlardan istifadə etməkdədirlər. Fələstinlilər Suriyada öz milli vətəndaşlıqlarını qoruyub saxlayırlar. Biz Suriyada bu münaqişənin sülh və dialoq yolu ilə həll edilməsinə səy göstəririk. Bu səylər isə Suriyanın ərazi bütövlüyü, Suriya dövləti və xalqının qorunmasına xidmət edir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət