Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş yalnız bu münaqişənin sülh yolu ilə həllinə yönəlmiş konkret tədbirlər planının həyata keçirilməsini ləngidən Ermənistana beynəlxalq təzyiq göstərildiyi halda mümkündür. Bu bəyanatla Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxış edib.
“Ermənistan faktiki olaraq hazırkı qeyri-müəyyən vəziyyətin – münaqişədə status-kvonun saxlanmasına tərəfdar çıxaraq, hər vasitə ilə danışıqlar prosesini uzadır”, - deyə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini S.Fətəliyeva cümə günü Tallində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin dondurulmuş münaqişələrlə bağlı təşkil etdiyi dinləmələrdə bildirib.
Parlament üzvü çıxışında qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə nizamlanması prosesinə “Ermənistan siyasi rəhbərliyinin mövqeyi mane olur. Ermənistan rəhbərliyi faktiki olaraq problemə bu cür yanaşmaya əhəmiyyət vermir”, - deyə S.Fətəliyeva “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib.
“Hər gün dinc sakinlərin həlak, günahsız uşaqların isə snayperlərin qurbanı olduğu münaqişəni heç cür dondurulmuş adlandırmaq olmaz!”, - deyə azərbaycanlı deputat vurğulayıb.
Onun sözlərinə görə, istənilən ölkənin normal, yüksələn xətlə inkişafı üçün əsas şərt “dövlətin suveren hüquq və konstitusiya normalarının onun bütün ərazisinə şamil edilməsi, sülh və sabitlikdir”.
S.Fətəliyeva təəssüflə bildirib ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində 20 ildən artıqdır ki, Azərbaycan ərazisinin 20 faizi işğal altındadır, bir milyondan artıq qaçqın və məcburi köçkün daimi yaşayış yerlərinə qayıtmaq imkanından məhrum olub.
“Azərbaycanı tez-tez insan haqlarını pozmaqda ittiham edirlər. Niyə biz yurdundan didərgin düşmüş milyonlarla qaçqının, Xocalıda amansızlıqla qətlə yetirilmiş insanların haqları, erməni hərbi birləşmələri tərəfindən valideynlərinin öldürüldüyü uşaqlar barəsində danışmırıq? Əgər söhbət Avropa Şurası qarşısında duran öhdəliklərdən gedirsə, hesab edirəm ki, bu öhdəlikləri hər iki tərəf yerinə yetirməlidir! Avropa Şurası və BMT tərəfindən bir sıra qətnamələr qəbul edilib, lakin onlar icra edilmir!”, - deyə parlament üzvü vurğulayıb.
S.Fətəliyeva, həmçinin ATƏT-in Minsk Qrupunun vasitəçilik fəaliyyətinin nəticəsiz olduğunu qeyd edib.
“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çoxillik fəaliyyətinə baxmayaraq, vəziyyəti ölü nöqtədən tərpətmək mümkün olmayıb. Lakin işğal olunmuş ərazilərdə güc tətbiq etməklə qanuni yolla konstitusiya qaydalarını təmin etmək hüququna malik olan Azərbaycan əvvəlki kimi Qarabağ münaqişəsinin mərhələli şəkildə sülh yolu ilə nizamlanmasının tərəfdarıdır”, - deyə Milli Məclisin deputatı bildirib.
Tədbirdə həmçinin Münaqişələr və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsinin (LİNKS) icraçı direktoru Dennis Sammut, Beynəlxalq Böhran Qrupunun Avropa proqramları üzrə direktoru Sabina Freyzer, AŞPA Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Con Preskott və Aksel Fişer, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex və başqaları çıxış ediblər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət