Rusiya-Azərbaycan münasibətlərində iki ölkənin və xalqın ən müxtəlif sahələrdə maraqlarına cavab verən çoxlu faydalı və maraqlı hadisələr baş verir. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bəyan edib.
“Hazırda Rusiya-Azərbaycan münasibətləri barədə mübahisələr gedir: bu münasibətlər pisləşir və ya yaxşılaşır, gərginləşir və ya zəifləyir deyənlər var, lakin bu münasibətlər yaşayır”, -deyə diplomat cümə günü “Azərbaycanın müasir media məkanı” kitabının təqdimat mərasimində bildirib.
“Azərbaycan jurnalistləri, rusiyalı tədqiqatçılar, Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri ölkələrimiz üçün lazımi və münasibətlərimizin möhkəmlənməsi nöqteyi-nəzərindən mühüm işlər görürlər”, - deyə səfir qeyd edib.
Onun sözlərinə görə, bu, Rusiya-Azərbaycan münasibətlərində ilk birgə iş deyil.
“Kitab müəlliflərinin öz qarşılarında əsl dərs vəsaiti yaratmaq kimi yüksək bir məqsəd qoymalarına çox şadam”, - deyə V.Doroxin bildirib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, istənilən belə bir nəşr tarixi baxımdan çox əhəmiyyətlidir.
“Sovet vaxtı Azərbaycanda 5-6 qəzet nəşr olunurdu. O zaman sərt ideologiya, ağır oyun şərtləri mövcud idi. Jurnalistlər sətir altı yazmağı öyrənirdi, insanlar da müvafiq olaraq yazılanların mənasını başa düşərək oxuyurdular. Bir qədər zaman keçdi, bu müddət ərzində Azərbaycan jurnalistikası və televiziyası böyük dəyişikliyə uğradı”, - deyə o əlavə edib.
“Azərbaycanın media məkanı Avrasiya məkanında ən qabaqcıllardandır”, - deyə Moskva Dövlət Linqvistika Universitetinin professoru, tarixçi və “Azərbaycanın müasir media məkanı” kitabının redaktoru Gennadi Bordyukov bildirib.
Gənc Azərbaycan jurnalistləri tərəfindən yazılan və rus dilində çap olunan "Azərbaycanın müasir media məkanı" adlı nəşrdə ilk dəfə olaraq respublika mediası, onun inkişaf perspektivləri, problemləri və spesifik xüsusiyyətləri haqqında ən əsas məlumatlar toplanılıb.
Səkkiz bölmədən ibarət olan kitab göstərir ki, postsovet məkanının digər dövlətlərində olduğu kimi Azərbaycan üçün də identiklik problemi vacib məsələdir.
Kitab RF-nin əməkdar inşaatçısı, Moskva vilayəti Domodedovo Şəhər Dumasının deputatı Əlizaman Rəhimovun dəstəyi ilə işıq üzü görüb. Kitabdakı kompleks araşdırmaların təşkili və onun nəşrində Moskva Dövlət Linqvistika Universitetinin yüksək jurnalistika sənəti kafedrasının rəhbərliyi və professor heyətinin əməyi böyük olub.
Kitabın koordinatoru və baş məsləhətçisi filologiya elmləri namizədi Anar Həsənovdur.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 9.5% ilə yay krediti!
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət