Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2013-cü ildə Azərbaycanın özəl sektorunda 10 layihəni maliyyələşdirməyi planlaşdırır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə AYİB-in Bakı ofisinin rəhbəri Nil Makkeyn məlumat verib.
“Bu layihələr maliyyə və real sektorlarla bağlıdır. Layihələrin dəyəri $0,5 mln.-$10 mln. arasında dəyişir”, - deyə N.Makkeyn bildirib.
Onun sözlərinə görə, AYİB həmçinin kənd təsərrüfatı, qida sənayesi, tikinti materiallarının istehsalı və s. sahələrdə bir sıra iri layihələri maliyyələşdirmək niyyətindədir. Hazırda həmin layihələrə Direktor Şurası tərəfindən baxılır.
N.Makkeyn əlavə edib ki, “AYİB Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin birinin səhmdarı olmaq niyyətindədir”.
2012-ci ildə AYİB Azərbaycanda 16 layihənin maliyyələşdirilməsinə $109 mln. vəsait ayırıb. Bütün investisiyalar Azərbaycanın özəl sektoruna yönəldilib.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. 1992-2012-ci illərdə AYİB Azərbaycanda 131 layihənin maliyyələşdirilməsinə 1 mlrd. 607 mln. avro vəsait ayırıb. 2013-cü ilin əvvəlinə bankın Azərbaycanda 58 layihə üzrə cari portfeli 667 mln. avro təşkil edir və bunun 43%-i özəl sektorun payına düşür.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət