Rüstəm İbrahimbəyovun bu gün sədr seçildiyi Demokratik Qüvvələrin Milli Şurası (MŞ) prezident seçkilərində hakim partiyanın namizədinə qarşı rəqabət apara bilməyəcək. Hakim Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin deputatı Mixail Zabelin belə hesab edir.
“Qətiyyən heç bir rəqabət ola bilməz”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə R.İbrahimbəyovun bir neçə müxalifət partiyası və təşkilatının təmsil olunduğu MŞ-yə sədr seçilməsini şərh edərkən bildirib.
Bununla əlaqədar olaraq M.Zabelin söyləyib ki, MŞ tərəfindən vahid namizədin irəli sürülməsi, bu namizəd hətta R.İbrahimbəyov olsa belə, oktyabrda keçiriləcək seçkilərdə müxalifətin uğur qazanmasına kömək etməyəcək. “Ssenari yazmaq, istedadlı rejissor olmaq və gözəl filmlər çəkmək başqa, böyük bir respublikaya rəhbərlik etmək isə başqa işdir. Bir çox məsələlər, problemlər var ki, onların həlli üçün siyasi və iqtisadi təcrübə tələb olunur. Rüstəm İbrahimbəyovun belə təcrübəsi yoxdur. Düşünürəm ki, o, əbəs yerə seçkilərdə öz namizədliyini irəli sürmək barədə düşünür”, - deyə M. Zabelin qeyd edib.
Deputat seçkilərdə cümə günü hakim partiya tərəfindən namizədliyi irəli sürülmüş ölkə başçısı İlham Əliyevə rəqib görmür.
“Əlbəttə, müxtəlif partiyalar öz namizədlərini irəli sürə bilərlər. İstənilən demokratik ölkədə bu təbii və düzgündür. Lakin mən respublikada İlham Əliyevlə rəqabət aparacaq namizəd görmürəm”, - deyə o vurğulayıb.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət