Misir XİN rəhbəri Məhəmməd Kamil Əmr İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələrini Fələstinə maliyyə dəstəyini gücləndirməyə çağırır.
“Beynəlxalq maliyyə dəstəyi Fələstinə İsrailə qarşı tab gətirməyə yardm edəcək. İsrailin Fələstin torpaqlarında təcavüzkar siyasəti torpaqların işğalı və regionun demoqrafik xəritəsini dəyişdirmək cəhdi ilə müşayiət olunur”, - deyə M.K.Əmr çərşənbə axşamı Bakıda keçirilən Əl-Qüdsün (Şərqi Qüds- İF-Az) inkişaf etdirilməsi üçün Strateji Sektor Planının maliyyələşdirilməsi ilə bağlı donor konfransında çıxışı zamanı bildirib.
“Məqsədimiz Fələstinin beynəlxaq səviyyədə, o cümlədən BMT çərçivəsində tam tanınmasına nail olmaqdır”, - deyə nazir vurğulayıb. O qeyd edib ki, qarşıda duran məqsədlərə nail olmaq üçün Yaxın Şərqdə sülh prosesini bərpa etmək lazımdır.
“Fələstinin 1967-ci il sərhədlərində tanınmasına və fələstinli qaçqınların öz torpaqlarına qayıtmasına nail olmaq lazımdır. 1967-ci ilin işğalından sonra İsrail Əl-Qüdsün yəhudi şəhərinə çevrilməsi üzrə sistematik siyasət aparıb. Bu məqsədlə tarixi abidələr dağıdılıb və dünya şöhrətli "Əl-Aksa" məscidinə ziyan vurulub. Sözsüz ki, İsrailin Əl-Qüdsdə hərəkətləri qanunsuzdur. Bununla əlaqədar Qüdsün tarixi islami simasının müdafiəsinə qalxmalı olan beynəlxalq strukturların siyasəti mühümdür”, - deyə M.K.Əmr bəyan edib.
“Biz öz tərəfimizdən Əl-Qüdsün “israilləşməsi” siyasətindən ziyanın son dərəcə az olması məqsədilə də fələstinlilərə maliyyə dəstəyi göstərməliyik. Bu, fələstinliləri gücləndirəcək və İsrail siyasətinə davam gətirməyə imkan verəcək. Biz paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin elan ediləcəyi günə inanırıq”, - deyə misirli nazir vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət