Azərbaycan Belarusun enerji təhlükəsizliyinin təminatında, Belarus isə Azərbaycanın iqtisadiyyatının diversifikasiyasında böyük rol oynaya bilər. Bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bəyan edib.
“Biz bir-birimizə lazımıq”, - deyə Ə.Abbasov çərşənbə axşamı Azərbaycan Diplomatik Akademiyasında keçirilən Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulmasının 20 illik yubileyinə həsr olunmuş forumda çıxışında bildirib.
Nazirin sözlərinə görə, bu gün Azərbaycan və Belarus əməkdaşlığın yeni istiqamətlərdə inkişafı məsələlərini nəzərdən keçirməlidir.
“XXI əsrdə əməkdaşlığın ən əsas istiqamətləri təhsil, elm və yüksək texnologiyalar sahələridir. Ölkələrimiz arasında siyasi əməkdaşlıq, dostluq münasibətləri var. Bu dostluq əsasında gələcək münasibətləri qurmaq mümkündür”, - deyə Ə.Abbasov vurğulayıb.
ADA-nın rektoru, Azərbaycanın xarici işlər nazirinin müavini Hafiz Paşayev qeyd edib ki, iki ölkə arasında münasibətlər bütün, o cümlədən siyasi və iqtisadi sahələrdə dinamik inkişaf edir.
“Azərbaycan və Belarus beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. Biz Belarus və Azərbaycanın Mədəniyyət günlərini keçiririk. Mədəniyyət sahəsində mübadilə isə münasibətlərin ən yaxşı inkişaf üsuludur”, - deyə o vurğulayıb.
ADA-nın rektoru Belarus tələbələrini Bakıda Diplomatik Akademiyada təhsil almağa dəvət edib.
Forum zamanı hər iki ölkə nümayəndələrinin Azərbaycan-Belarus münasibətlərinin inkişafına verdikləri töhfələrə görə mükafatlandırılma mərasimi keçirilib. Bundan başqa, tədbirdə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illik yubileyinə həsr olunmuş poçt markasının təqdimatı olub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət