Azərbaycanda əmək haqlarının leqallaşdırılması ilə bağlı problemlər qalır. Bu barədə çərşənbə günü jurnalistlərə vergilər nazirinin birinci müavini Natiq Əmirov məlumat verib.
“Son il ərzində biz işəgötürənlərin əməkdaşlarla əmək müqaviləsi bağlamaları istiqamətində böyük iş görmüşük. Lakin indiyədək əmək müqavilələrində leqal əmək haqlarının rəsmiləşdirilməsi ilə bağlı bəzi çətinliklər qalır”, - deyə N.Əmirov bildirib.
Onun sözlərinə görə, Vergilər Nazirliyi ayrı-ayrı şirkətlərin vergi bəyannamələrini təhlil edərkən sənədlərdə göstərilən əmək haqlarında uyğunsuzluqlar aşkar edir. “Məsələn, elə şirkətlər var ki, burada 800-1000 nəfər çalışır, lakin orta əmək haqqı cəmi 132 manat təşkil edir. Aydındır ki, real əmək haqqı gizlədilir. Bir sıra hallarda biz həmin şirkətləri məhkəməyə veririk, lakin həqiqəti üzə çıxarmaq şansı çox azdır”, - deyə o qeyd edib.
N.Əmirov vurğulayıb ki, Vergilər Nazirliyi sahibkarlarla etibarlı münasibətlərin qurulmasında maraqlıdır. “Biz öz tərəfimizdən şəffaflıq və etibarın artırılmasına yönəlmiş fəaliyyətə hazırıq və vergi ödəyicilərindən cavab addımı gözləyirik”, - deyə o əlavə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət