Milli Məclisin deputatı Ceyhun Osmanlı Azərbaycan müxalifətini və bu günlərdə onun yaratdığı Milli Şuranı bolşevik hökumətinə bənzədərək tənqid edib.
“Əfsuslar olsun ki, 15 il ərzində müxalifət “İrəli”nin simasında gənclərin nümayiş etdirdiyi nümunəni göstərə bilmədi”, - deyə C.Osmanlı “İrəli” İctimai Birliyinin üçüncü hesabat konfransında çıxışında bəyan edib.
“Azərbaycan müxalifəti uzun illər düşünəndən sonra nəhayət ki, hansısa model yaradıb. Hakimiyyətin opponentləri ölkəni yeni gələcəyə aparacaq tezislərlə çıxış etmək əvəzinə 100 il əvvəl respublikada mövcud olmuş struktura bənzər hansısa bolşevik hökuməti modeli yaratmaq tezisini səsləndirirlər”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, müxalifətdən fərqli olaraq “İrəli” 2012-ci ilin may ayından etibarən fəaliyyət sahəsini dəfələrlə genişləndirib. Bu isə Azərbaycan gənclərinin fəal dəstəyi və daimi yeni kadr axını sayəsində mümkün olub.
“Gənclər öz hərəkətləri ilə sübut etdilər ki, Azərbaycanda yaşadığın rayonun, təhsil aldığın universitetin inkişafına töhfə vermək, hakimiyyət nüayəndəsi olmadan da ən müxtəlif sahələrdə onlarla layihə reallaşdırmaq mümkündür”, - deyə C.Osmanlı vurğulayıb.
Onun fikrincə, Milli Şuranın doktrina və nizamnaməsi aydın ifadə edilmiş sifariş xarakteri daşıyır və məqsədləri Azərbaycanda Sovetlər ölkəsindən fərqlənməyən model yaratmaqdır.
“Şəhidlərimiz Azərbaycanın müstəqilliyi, bu dövlətin müstəqil siyasət yürütməsi uğrunda həlak olublar. Şəhidlər heç də digər ölkələrdən daxil olan sifarişlərin icrası üçün həyatlarını verməyiblər”, - deyə parlament üzvü bildirib.
O vurğulayıb ki, Azərbaycan heç zaman siyasətini hər hansı dövlət və ya qrupa qurban verməyəcək.
“Biz tarixdən dərs almalıyıq. Güclü lider istənilən dövlət və xalqın arzusudur. Bu məqsədlə yüzlərlə, minlərlə seçki keçirilir, baxmayaraq ki, çox vaxt bu cür şəxsiyyət tapmaq mümkün olmur. Bu gün biz Azərbaycanda hər saatını ölkənin rifahına ayıran liderə malikik. Bizim lider hətta öz ad gününü Ağcabədi rayonunda qaçqınlarla birgə qeyd edir. Bizim bir liderimiz var və bundan sonra da prezident İlham Əliyevin uğurlu kursunu dəstəkləyəcəyik”, - deyə C.Osmanlı vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət