ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin həll olunmamasına görə məsuliyyəti münaqişə edən tərəflərin üzərinə qoyması məntiqə uyğun deyil. Bu barədə çərşənbə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi Əli Əhmədov söyləyib.
“Münaqişənin 20 il ərzində öz həllini tapmamasında günahın böyük hissəsi onun nizama salınması kimi missiyanı öz üzərinə götürmüş Minsk Qrupunun öz vəzifəsinin öhdəsindən gələ bilməməsidir”, - deyə Ə.Əhmədov bir gün öncə ABŞ, Rusiya və Fransa başçılarının birgə bəyanatını şərh edərək bildirib.
Bununla yanaşı, YAP üzvü deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin rəhbərləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı narahatlıq ifadə edən bəyanatlar səsləndirməsini ümumilikdə müsbət qiymətləndirmək olar.
“Bu, o mənada qiymətləndirilə bilər ki, böyük dövlətlər - Minsk Qrupunun həmsədrləri münaqişənin nizama salınmasını unutmayıblar. Amma eyni zamanda 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, münaqişə hələ də nizamlanmayıb. Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünlərinin vəziyyətində dəyişiklik baş verməyib. Onlar hələ də öz yurd-yuvalarına qayıda bilməyiblər. Tarixi həqiqət bərpa olunmayıb. Missiyasının öhdəsindən gələ bilməyən Minsk Qrupu kimi günahlandırmaq istəyir? Bu məntiqi sadəcə olaraq başa düşmək mümkün deyil”, - deyə Ə.Əhmədov vurğulayıb.
O qeyd edib ki, işğalçı nə qədər ki, öz adı ilə adlandırılmayıb, nə qədər ki, işğalçının işğal etdiyi torpaqlardan geri qayıtması tələbi Minsk Qrupunun bütün həmsədr dövlətləri tərəfindən konkret şəkildə qoyulmayıbsa, münaqişənin nizama salınması sayəsində irəliyə addım atmaq mümkün olmayacaq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət