Bakı Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz fəaliyyətin aşkar edilməsi məqsədilə BMT tərəfindən monitorinqin keçirilməsi üzrə missiyanın təşkil olunmasına nail olmaq niyyətindədir. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
“Yaxın vaxtlarda biz Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz narkotik maddələrin becərilməsi və tranziti ilə əlaqədar BMT-yə müraciət ünvanlayacağıq. Ümid edirik ki, BMT-də bu problemə diqqətli yanaşacaqlar”, - deyə Ə.Həsənov bildirib. Onun sözlərinə görə, “BMT-nin sənədlərində Ermənistan tərəfinin qanunsuz fəaliyyətinin əks olunması məqsədilə işğal olunmuş ərazilərdə təşkilat tərəfindən monitorinqin keçirilməsinin zəruriliyi müraciətdə qeyd olunacaq”.
Komitə sədri işğal olunmuş ərazilərin narkotik maddələrin becərilməsi və tranziti, sonradan münaqişə zonalarına göndərmək məqsədilə müxtəlif terror qruplaşmaları və muzdluların hazırlanması və formalaşdırılması üçün istifadə olunması faktını diqqətə çatdırıb.
“Bu gün beynəlxalq birlik bu cür faktlara laqeyd yanaşır. Bu isə nəticədə onun üçün böyük problemə çevrilə bilər”, - deyə Ə.Həsənov vurğulayıb.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət