Köçkünlər arasında yoxsulluq həddi 75%-dən 15 %-ə düşüb. Bu barədə cümə axşamı jurnalistlərə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
Onun sözlərinə görə, ötən il Azərbaycanda hər bir qaçqın və məcburi köçkünə təxminən $1,3 min vəsait sərf olunub.
“Dünyanın heç bir münaqişə zonasında 1 nəfərə bu qədər vəsait xərclənmir. Bəzən deyirlər ki, bu məbləğ o qədər də böyük deyil, lakin bu məbləğ müəyyən xərcləri ödəyir. Ümumi xərclər bura daxil deyil”, - deyə komitə sədri vurğulayıb.
Ə.Həsənovun dediyi kimi, bütövlükdə 2012-ci ildə qaçqın və məcburi köçkünlərin xərcləri 300 mln. manata yaxın təşkil edib.
Onun sözlərinə görə, bu il dövlət büdcəsi, Dövlət Neft Fondu və beynəlxalq humanitar təşkilatlar tərəfindən bu məqsədlə təxminən 600 mln. manat sərf olunması gözlənilir.
“Son 20 ildə bu təbəqədən olan insanlara 4,4 mlrd. manat ($5,4 mlrd.) xərclənib. Bu müddət ərzində Azərbaycanda 78 qəsəbə tikilib ki, burada 31 min qaçqın və köçkün ailəsi yerləşdirilib. Bu istiqamətdə işlərin 81%-i son 10 ildə - İlham Əliyevin prezidentiliyi dövründə həyata keçirilib”, - deyə Ə.Həsənov vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət