Azərbaycan ictimaiyyətinin nümayəndələri Amerika qanunvericilərinin 1990-cı illərin əvvəllərində erməni lobbisinin təsiri altında qəbul edilmiş və Amerikanın Azərbaycana yardım etməsini qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi tamamilə ləğv etməməsindən narazıdırlar.
“Məlum 907-ci düzəliş Amerika konqresmenlərinin Azərbaycana qarşı ədalətsiz yanaşmasıdır”, - deyə “Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” İctimai Təşkilatının rəhbəri Azad İsgəndərli təşkilatın bu gün Bakıda keçirdiyi “907-ci düzəlişin ləğv edilməsi beynəlxalq kampaniyasına dəstək” mövzusunda iclasda çıxışı zamanı qeyd edib.
A.İsgəndərli ABŞ və ATƏT-in Azərbaycanda akkreditə olunmuş diplomatik missiyalarının əməkdaşlarının təşkilatın ildən-ilə “dondurulan”, lakin tamamilə ləğv olunmayan sözügedən diskriminasiya xarakterli düzəlişin ləğvinə dair müzakirələrdə iştirak etmək təklifinə məhəl qoymamasından narazılıq bildirib.
Öz növbəsində, Milli Məclisin deputatı Çingiz Qənizadə qeyd edib ki, ABŞ Konqresi “Ermənistandan deportasiya edilmiş 200 min azərbaycanlının, Dağlıq Qarabağ və işğal olunmuş digər rayonlardan qovulmuş yüz minlərlə məcburi köçkünün dəstək axtardığı bir zamanda” 907-ci düzəlişi qəbul edib və Azərbaycana maliyyə yardımını dayandırıb.
“Təəssüf ki, bununla yanaşı, Konqres tərəfindən qondarma Dağlıq Qarabağ Respublikasına, eləcə də Ermənistanın özünə maliyyə yardımı göstərilir. “Mən bu yaxınlarda ATƏT-in Minsk Qrupunun 20 il ərzində birmənalı olmayan siyasət yürütməsi barədə məqalə yazmışam. İşğalçını öz adı ilə çağırmaması azmış kimi, hələ yüz minlərlə insanı öz torpaqlarından qovmuş Ermənistan tərəfi dünyaya demokratiya dərsi keçən ABŞ-dan dəstək alır. Bu fakt böyük təəssüf hissi doğurur”, - deyə Ç.Qənizadə bildirib.
Hesab edirəm ki, demokratiya ideyalarını təbliğ edən ölkə tərəfindən bu cür qərarın (907-ci düzəliş - İF-Az) verilməsi bu ölkənin insan hüquqları və demokratiyaya hörmətini şübhə altına alır”, - deyə deputat əlavə edib.
O, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın böyük rol oynamasına baxmayaraq, ABŞ və Qərbin Qarabağ problemində onun ədalətli mövqeyini dəstəkləməməsindən təəssüfləndiyini bildirib.
“Allaha şükürlər olsun ki, Azərbaycan ayaqda durmağı və uğurlar qazanmağı bacardı. Azərbaycan güclü dövlətə çevrilib, dövlət başçısı İlham Əliyevin söylədiyi kimi Cənubi Qafqazda Azərbaycanın razılığı olmadan hər hansı layihə həyata keçirilə bilməz”, - deyə Ç.Qənizadə bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət