Cümə axşamı Qars şəhərində (Türkiyə) keçirilən Nazirlər Görüşünün VI iclasında Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat nazirləri “Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı” layihəsinin həyata keçirilməsini müzakirə edirlər. Bu barədə Nəqliyyat Nazirliyindən məlumat verilib.
“Layihənin icra vəziyyəti, yaranmış problemlərin müzakirə olunması, razılaşdırılmış qərarların qəbul edilməsi məsələləri gündəlikdədir”, - deyə məlumatda qeyd edilir.
Eyni zamanda Azərbaycanın maliyyə dəstəyi ilə Gürcüstan ərazisində aparılan tikinti işlərinin gedişi, hər üç tranzit potensialının genişləndirilməsində strateji əhəmiyyət kəsb edən dəmir yolu infrastrukturunun yeniləşdirilməsi istiqamətində aparılan işlər də müzakirə mövzusu olacaq.
Görüşdə Azərbaycanı nəqliyyat naziri Ziya Məmmədov təmsil edir.
Məlumatda həmçinin vurğulanır ki, 2013-cü ilin 4 iyun tarixində Ankara şəhərində keçirilmiş görüşdə “Azərbaycan Respublikası, Türkiyə Respublikası və Gürcüstan arasında dəmir yolu ilə yük və sərnişin daşıması haqqında” saziş layihəsi üç ölkənin dəmir yolu ekspertlərinin iştirakı ilə müzakirə edilərək ilkin razılıq əldə olunub.
Daha əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin rəis müavini Qurban Nəzirova istinadən məlumat verilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2014-cü ilin sonunda istismara veriləcək.
Azərbaycan, Gürcüstan və Türkiyə 2007-ci il fevralın 7-də Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin yaradılmasına dair hökumətlərarası saziş imzalayıblar. Layihəyə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçəcək 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulması daxildir. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 mln. məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilir.
Hazırda dəmir yolunun Gürcüstan hissəsində, xüsusilə də Türkiyə ilə sərhəddə intensiv tikinti işləri aparılır.
İlkin mərhələdə bu dəmir yolu ilə yüklərin nəqlinin həcmi illik 5 mln. ton səviyyəsində olacaq. Gələcəkdə yük daşımalarının həcminin ildə 15-17 mln. tonadək artacağı gözlənilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət