Azərbaycan bankları hər ay ümumilikdə 100 mln. manatdan çox istehlak krediti verir. “Unibank”ın icraçı direktoru Cəlal Qasımov belə söyləyib.
“Bizim hesablamalarımıza görə, Azərbaycan bankları hər ay 100 mln. manatdan çox istehlak krediti verirlər ki, bu da məhsul və xidmətlərə tələbatın artmasına səbəb olur və müvafiq olaraq təklif də artır”, - C.Qasımov bankın mətbuat xidmətinə verdiyi müsahibədə bildirib.
Bununla yanaşı, o qeyd edib ki, istehlak kreditlərinin iqtisadiyyata daxil olma səviyyəsi hələ ki, aşağıdır, belə ki, statistik məlumatlara əsasən, 2012-ci ilin əvvəlinə respublikada cəmi 1,5 mln. nəfər nə vaxtsa kredit götürüb.
“Bu amilləri nəzərə alsaq, istehlak kreditləşməsinin artması ölkə iqtisadiyyatına yalnız fayda verə bilər, təbii ki, bu o halda baş verər ki, kreditləşmə savadlı şəkildə aparılsın və ilk növbədə, konkret fərdin borc yükünün artırılmasına deyil, kreditlərin buna ehtiyacı olan daha geniş kütləyə verilməsinə yönəldilsin”, - deyə icraçı direktor qeyd edib.
C.Qasımovun sözlərinə görə, “Unibank”ın səhmdarları hesab edirlər ki, bank universal olmalıdır.
“Orta müddətli perspektivlərə gəlincə, biz artıq müəyyən müddətdir ki, bankın mikrokreditləşmə, eləcə də kiçik və orta biznesin kreditləşməsi blokunun “bünövrəsinin möhkəmləndirilməsi” üzrə iş aparırıq. Və ən yaxın vaxtlarda biz bu iki istiqamətin inkişaf etdirilməsinə daha çox diqqət ayırmağa başlayacağıq”, - deyə o qeyd edib.
C.Qasımovun sözlərinə görə, “Unibank” 2012-ci il mayın 1-dən 2013-cü il mayın 1-nə qədər bazardakı payını 3,36%-dən 3,82%-ə qədər artırıb. Bizim kredit portfelimiz bu müddət ərzində 330 mln. manatadan ən azı 500 mln. manatadək artıb”, - deyə o bildirib.
“Unibank” ASC 2002-ci ilin oktyabr ayında yaradılıb. Nizamnamə kapitalında 76,52% 9 fiziki şəxsə, 15,15% AYİB-ə və 8,33% DEG İnvestisiya Korporasiyasına məxsusdur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət