ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinin gənclərdən ibarət böyük bir qrupu və «Kimyaçı» Mədəniyyət sarayının bədii özfəaliyyət kollektivi 26 iyun – Azərbaycan Silahlı Qüvvələr günü, Milli Ordunun yaranmasının 95 illiyi münasibətilə «N» hərbi hissəsində olmuşlar.
Ənənəvi hərbi parad Vətənin gənc müdafiəçilərinə hərbi hissə komandanlığının və «Azərikimya» İstehsalat Birliyi nümayəndələrinin müraciəti və bayram təbrikləri ilə başlamışdır. Çıxışlarda xüsusi olaraq vurğulanmışdır ki, Ulu öndər Heydər Əliyevin müdrik daxili və xarici siyasətinin, Milli Ordunun qüdrətlənməsi üçün göstərdiyi diqqət və qayğının, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin etibarlı müdafiəsi üçün həyata keçirdiyi genişmiqyaslı tədbirlərin sayəsində Azərbaycan Ordusu bu gün regionun ən güclü ordusuna çevrilmişdir.
Hərbi hissənin bölük və alaylarının nizami dəstələrlə keçdiyi hərbi parad başa çatdıqdan sonra «Kimyaçı» Mədəniyyət sarayının özfəaliyyət kollektivləri gənc hərbçilər qarşısında geniş konsert proqramı ilə çıxış etmişdir. İncəsənət nümayəndələrinin ifasında səslənən və gənc döyüşçüləri qələbəyə ruhlandıran hərbi-vətənpərvərlik mahnıları rəğbətlə, alqışlarla qarşılanmışdır. Kimyaçıların və əsgərlərin birgə «Yallı» rəqsi ilə davam etmiş konsert proqramının sonunda «Azərikimya» İstehsalat Birliyinin kollektivi tərəfindən hərbi hissənin idmançıları üçün stolüstü oyun vasitələri, həmçinin futbol, voleybol və basketbol topları bağışlanılmışdır.
Tədbirlər silsiləsi kimyaçıların bilavasitə təşəbbüsü ilə hərbi hissədə ilk dəfə olaraq keçirilən «Breyn-rinq» - bilik yarışları ilə davam etdirilmişdir. Hərbi hissənin klubunda keçirilən tədbirdə «Azərikimya» İB də daxil olmaqla Sumqayıtın 8 və hərbi hissənin 4 komandası iştirak etmişdir. Üç saatdan artıq davam edərək, gərgin və maraqlı keçən yarışda şəhərin «Armada» komandası 1-ci, Sumqayıt Müəllimlər İnstitutunun komandası 2-ci, hərbi hissənin komandası isə 3-cü yeri tutmuşlar.
Qalib komandalar «Azərikimya» İstehsalat Birliyi rəhbərliyinin və Birliyin Həmkarlar İttifaqı Komitəsinin xüsusi diplomları və pul mükafatları ilə təltif edilmişlər.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət