Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi Əli Əhmədov hesab edir ki, YAP-ın İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərarını respublika əhalisinin mütləq əksəriyyəti dəstəkləyir.
"Aparılmış müşahidələrə əsasən, YAP-ın V qurultayında İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qəbul edilmiş qərarı Azərbaycan ictimaiyyətinin mütləq əksəriyyəti dəstəkləyir. Bu onu göstərir ki, xalq son 10 ildə Azərbaycanda baş verən müsbət dəyişiklikləri, irəliləyişləri yüksək dəyərləndirir”, - deyə Ə.Əhmədov YAP Nəsimi rayon təşkilatında ərazi ilk partiya təşkilatı sədrləri ilə görüş zamanı söyləyib.
Ə.Əhmədov qeyd edib ki, Azərbaycan ictimaiyyətinin belə mövqeyi ölkənin inkişafında əldə edilmiş konkret nailiyyətlərə əsaslanır.
“Son 10 ildə İlham Əliyev Azərbaycanı siyasi və iqtisadi cəhətdən xeyli inkişaf etdirib, beynəlxalq aləmdə Azərbaycanın mövqeləri xeyli güclənib. Eyni zamanda Azərbaycan əhalisinin rifahı yüksəlib”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, növbəti 5 ildə İlham Əliyevin ölkəyə rəhbərlik etməsi Azərbaycanın daha da inkişafına gətirib çıxaracaq.
Partiya rəhbərliyinin ərazi ilk partiya təşkilatı sədrləri ilə görüşü bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərinə hazırlıq proqramı çərçivəsində keçirilir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət