Azərbaycanın Ağcabədi və Beyləqan rayonlarında özəl pilot taxılçılıq təsərrüfatında məhsul yığımına başlanılıb. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
Layihənin həyata keçirilməsi ilə “Qarabağ-Taxıl” MMC məşğul olur. Ağcabədi rayonunda taxıl əkini sahəsi 3,3 min hektar, Beyləqan rayonunda 1,5 min hektar təşkil edir.
Hazırda təsərrüfatda buğda biçini davam edir və hər hektardan orta hesabla 55-60 sentner məhsul əldə olunur. İstehsal olunan yüksək keyfiyyətli ərzaq buğdası Dövlət Taxıl Fonduna təhvil verilir”, - deyə məlumatda qeyd edilir.
Eyni zamanda tutumu 30 min ton olan müasir taxıl anbarı kompleksinin tikintisinə başlanılıb və özəl aqroservis yaradılıb.
Layihə çərçivəsində 1000 başlıq müasir heyvandarlıq kompleksinin, bitki yağları istehsalı zavodunun inşa olunması, eləcə də növbəli əkin sisteminin təmin edilməsi məqsədilə digər kənd təsərrüfatı bitkilərinin əkilməsi nəzərdə tutulur.
Bu ilin payızında isə bütövlükdə taxılçılıq təsərrüfatı üçün ayrılmış 4800 hektar sahədə ərzaq buğdası əkiləcək.
Azərbaycanda ilk dəfə olaraq belə böyük ərazidə yaradılmış özəl iri taxılçılıq təsərrüfatında 150-dək yerli sakin, o cümlədən məcburi köçkün daimi iş yeri ilə təmin olunub. Layihənin tam reallaşdırılması nəticəsində 400-dək yeni iş yeri yaradılacaq.
İnvestisiya layihəsinin ümumi dəyəri 27,6 milyon manat təşkil edir. İqtisadi İnkişaf Nazirliyi idarə edilməsini həyata keçirdiyi layihənin reallaşdırılmasına 10 milyon manat güzəştli kredit ayırıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət