Azərbaycan yaxın gələcəkdə bir neçə Latın Amerikası ölkəsində diplomatik missiya açmağı planlaşdırır. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Respublikasının diplomatik xidmətinin yaradılmasının 94 illiyi ilə əlaqədar bildirib.
Onun sözlərinə görə, hazırda dünyada Azərbaycanın 70-dən artıq diplomatik nümayəndəliyi fəaliyyət göstərir.
“2012-2013-cü illərdə Azərbaycanın Avstraliya, Braziliya və Vyetnamda diplomatik missiyaları açılıb”, - deyə E.Abdullayev qeyd edib.
XİN-in mətbuat katibi vurğulayıb ki, rəsmi Bakı öz diplomatik missiyalarının coğrafiyasını genişləndirmək işini davam etdirəcək.
“Hələ 8-9 il əvvəl Azərbaycanın cəmi 25-30 diplomatik missiyası vardı, indi isə bunların sayı 70-dən çoxdur”, - deyə o bildirib.
E.Abdullayevin sözlərinə görə, ölkəmizdə akkreditə olunan xarici diplomatik missiyaların sayı ilbəil artmaqdadır. Hazırda Azərbaycanda 60-dan artıq xarici diplomatik missiya fəaliyyət göstərir.
“Bu gün Azərbaycan diplomatiyasının əsas hədəfi ölkəmizi dünyada layiqincə təmsil etməkdir. Hələ 20 il əvvəl çoxları Azərbaycanın harada yerləşdiyini bilmirdi, bu gün isə ölkəmiz beynəlxalq arenada, o cümlədən müxtəlif beynəlxalq təşkilatlarda aktiv rol oynayır”, - deyə mətbuat katibi qeyd edib.
Hazırda Azərbaycan Respublikasının dünyanın 170 ölkəsi ilə diplomatik əlaqələri var.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət