Azərbaycanda KİV-in sərbəst fəaliyyətinə şərait yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu barədə prezident İlham Əliyevin Azərbaycan jurnalistlərinin VI Qurultayına ünvanladığı təbrik məktubunda deyilir.
“Bu gün Azərbaycan hökuməti redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial-müdafiəsinin təmin edilməsi və digər istiqamətlər üzrə ardıcıl tədbirlər həyata keçirir”, - deyə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun oxuduğu təbrik məktubunda qeyd edilir.
Prezidentin sözlərinə görə, 1993-cü ildən sonra ölkədə həyata keçirilən ardıcıl islahatlar nəticəsində söz və məlumat azadlığını məhdudlaşdıran bütün süni maneələr aradan qaldırılıb, KİV-in fəaliyyətini tənzimləyən qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılıb və milli mətbuatın maddi-texniki bazası möhkəmləndirilib.
Mətbuat Şurasının fəaliyyətinə toxunan dövlət başçısı vurğulayıb ki, bu struktur jurnalistlərin peşəkarlığının güclənməsinə, söz və məlumat azadlığından sui-istifadə hallarının qarşısının alınmasına xidmət göstərir.
“KİV-ə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır”, - deyə məktubda bildirilir.
Qurultayın kuluarlarında jurnalistlərin suallarını cavablandıran Ə.Həsənov vurğulayıb ki, hazırda Azərbaycanda medianın inkişafında yeni tendensiyalar müşahidə olunur. Bu tendensiyalar “jurnalistlərin peşəkarlığının yaxşılaşması, jurnalistikada mənfi proseslərin ləğv edilməsi və mətbuatın daha çox müstəqilliyinin təmin olunması prosesi ilə xarakterizə olunur”.
“Düşünürəm ki, bu qurultay, burada səslənən təkliflər və qəbul olunan qərarlar Azərbaycanda müstəqil KİV-in sayının artması, jurnalistlərin sosial problemlərinin həlli, medianın maddi-texniki bazasının güclənməsi, həmçinin mətbuat və cəmiyyət, mətbuat və dövlət arasında münasibətlərin daha dinamik olmasına xidmət edəcək”, - deyə şöbə müdiri söyləyib.
Ə.Həsənov gələcəkdə Azərbaycanda media sahəsində mövcud olan bütün problemlərin həll edilməsini arzu edib.
Onun sözlərinə görə, ölkə prezidenti KİV nümayəndələrinin üzləşdiyi problemləri diqqət mərkəzində saxlayır. Bir gün öncə dövlət başçısı jurnalist Nicat Dağların müalicəsinin dövlət hesabına təmin edilməsi barədə sərəncam verib.
Həbs cəzasına məhkum edilmiş jurnalistlərlə bağlı sualı cavablandıran Ə.Həsənov bildirib ki, hazırda belə KİV nümayəndələrinin azadlığa buraxılması mövzusu müzakirə edilmir.
“Əgər qurultayda bu təklif olunarsa, o zaman nəzərdən keçirilə bilər. Hazırda bəzi jurnalist və KİV orqanları barədə məhkəmə qərarları çıxarılıb. Hesab edirəm ki, bu məsələni qurultayla əlaqələndirmək lazım deyil. Bu günə məhkum edilmiş jurnalistlərin əksəriyyəti əfv edilib. Həbsdə olan jurnalistlərin tezliklə azadlığa çıxmalarını arzu edirəm”, - deyə Ə.Həsənov vurğulayıb.
Azərbaycan jurnalistlərinin VI qurultayı cümə axşamı Bakıda Rəşid Behbudov adına Mahnı Teatrında keçirilir. Forum iştirakçıları Mətbuat Şurası Nizamnaməsinə və Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına düzəlişləri müzakirəyə çıxarıblar.
Qurultayın gündəliyinə Mətbuat Şurasının sədrinin və Nəzarət Təftiş Komissiyasının məruzələri daxil edilib.
Qurultayda Mətbuat Şurasının yeni sədri, İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyasının yeni tərkibi seçiləcək.
Jurnalistlərin Peşə Davranışı Qaydalarına dəyişikliklər Mətbuat Şurasının və ATƏT-in Bakı ofisinin 2010-2011-ci illərdə həyata keçirdiyi birgə layihə çərçivəsində hazırlanıb.
Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliklər Şuranın İdarə Heyətinin tərkibinin 17 həqiqi və 5 ehtiyat üzv olmaqla genişləndirilməsini nəzərdə tutur. Həqiqi üzvlərin 8-i mətbu nəşrləri, 3-ü internet xəbər portallarını, 6-sı ictimaiyyəti təmsil edəcək. Ehtiyat üzvlərdən 2-si mətbu nəşrlərdən, 1-i internet xəbər portallarından, 2-si ictimaiyyətdən olacaq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət