Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov Ermənistanda ərazilərin minalardan təmizlənməsi üzrə himanitar əməliyyatların aparılmasını vacib hesab etmir.
“Mən həmişə öz çıxışlarımda qeyd etmişəm ki, Ermənistanda minalarla bağlı Azərbaycanda olduğu qədər ciddi problemlər yoxdur”, - deyə N.İsmayılov bu gün jurnalistlərə Ermənistan KİV-lərində ərazilərin minalardan təmizlənməsi ilə məşğul olan qurumun fəaliyyətinin bərpa edilməsi ilə bağlı gedən yazılarla bağlı fikrini bildirib .
ANAMA rəhbərinin sözlərinə görə, Ermənistanda hərbi əməliyyatlar olmayıb, bu dövlət hücuma məruz qalmayıb.
“Ermənistan tərəfi özü İran, Türkiyə və Azərbaycan sərhədləri boyunca əraziləri minalayıb. Və onlar heç vaxt bu əraziləri minalardan təmizləməyəcəklər. Buna görə də Ermənistan ərazilərinin minalardan təmizlənməsi üzrə humanitar əməliyyatların aparılması absurddur”, - deyə o vurğulayıb.
N.İsmayılov bildirib ki, Ermənistanda ərazilərin minalardan təmizlənməsi üzrə qurum demək olar ki, ANAMA ilə eyni vaxtda yaradılıb.
“Qeyd etmək istəyirəm ki, təşkilatımız 1998-ci ildə yaradılıb, 2001-ci ildə isə aktiv fəaliyyətə başlayıb. Ermənistan Müdafiə Nazirliyində ərazilərin minalardan təmizlənməsi üzrə qurum isə 2000-ci ildə yaradılıb. Məlum məsələdir ki, xarici donorlar öz fəaliyyətlərində balanslaşdırılmış siyasət yürüdürlər. Əgər onlar Azərbaycana kömək edirlərsə, onda mütləq Ermənistana da kömək göstərməlidirlər. Onlar neytral mövqe tuturlar”, - deyə ANAMA direktoru bildirib.
N.İsmayılovun sözlərinə görə, ərazilərin minalardan təmizlənməsi üzrə qurumun donoru kimi ABŞ Dövlət Departamenti çıxış edir.
“Bizə eyni məbləğdə maliyyə yardımı göstərilirdi, eyni avadanlıqları alırdıq. Ermənistandakı qurum da təxminən bizim qədər inkişaf etməli idi. Lakin yeddi il keçib, onların fəaliyyətində böyük irəliləyiş müşahidə olunmayıb. Onlar böyük potensial qazana bilməyiblər”,- deyə o vurğulayıb.
O əlavə edib ki, bunun nəticəsi olaraq son iki ildə beynəlxalq donorlar Ermənistanın sözügedən qurumunu maliyyələşdirmirlər.
“Bizə eyni məbləğdə maliyyə vəsaiti və eyni avadanlıq ayrılırdı, biz ildə 20 mln. kv. metr, onlar isə cəmi 100 min kv. metr ərazini minalardan təmizləyirdi. Və bu da xarici donorlarda böyük şübhə oyatdı”, - deyə N.İsmayılov qeyd edib.
ANAMA direktoru bildirib ki, bu gün onun rəhbərlik etdiyi agentliyin fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmır, ölkədə Beynəlxalq Təlim Mərkəzi yaradılıb.
“ANAMA əldə etdiyi təcrübəni nümayəndələri bizdə təlim keçən müxtəlif ölkələrlə paylaşır. Ermənistan isə heç öz ərazilərində iş qura bilməyib. Onlar demək olar ki, bərbad vəziyyətdədirlər, buna görə də mən anlamıram, bu qurumu bərpa etmək ideyası haradan yaranıb, axı onlar 10 il ərzində bu istiqamətdə heç bir uğur qazana bilməyiblər. Buna görə də hesab edirəm ki, donorlar bu məsələyə maraq göstərməyəcəklər”, - deyə N.İsmayılov bildirib.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət