“İnterfaks-Azərbaycan” agentliyinin Boris Yeltsin adına Prezident Kitabxanasının informasiya resursları üzrə direktoru Yelena Jabko ilə müsahibəsi
- Boris Yeltsin adına Prezident Kitabxanası və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası arasında əməkdaşlığı necə xarakterizə edərdiniz?
-Ümumiyyətlə hər iki kitabxana Azərbaycan prezidentinin və Rusiya Federasiyası prezidentinin İşlər idarələri çərçivəsində yaradılıb və sözsüz ki, uğurlu əməkdaşlıq etmək üçün hər cür zəmin var. Bu, qarşıda duran vəzifələrin, eləcə də belə kitabxanaların yerinə yetirməli olduğu funksiyaların ümumiliyi ilə əlaqədardır. Əlbəttə, bu, resurs və təcrübə mübadiləsi, qarşılıqlı məsləhətləşmələr və təlim, informasiya məkanında, o cümlədən dünyada mövcud olan bir sıra digər tədbir və fəaliyyətdir.
Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası bu yaxınlarda 10 illiyini qeyd etdi. İki kitabxana arasında əməkdaşlığın perspektivlərini necə görürsününz?
- Perspektivlər - artıq ümumi şəkildə dediyim kimi, ilk növbədə birgə rəqəmsal kolleksiyaların yaradılması, hər iki tərəf üçün maraqlı ola bilən yeni tarixi sənədlərin aşkarlanması, birgə tədbirlərin, konfransların və seminarların keçirilməsidir. Bura sözsüz ki, lazımi informasiyanın axtarışında bir-birimizə müxtəlif kömək göstərilməsi də daxildir. Məsələn, Boris Yeltsin adına Prezident Kitabxanasında çoxlu rəqəmsal sənəd toplanıb və onlar Azərbaycan Prezident Kitabxanasının sorğusu əsasında Azərbaycan tərəfinə təqim edilə bilər. Biz qarşılıqlı mübadiləni qarşımızda duran vəzifə kimi görürük.
- Müxtəlif ölkələrin prezident kitabxanaları ilə bu istiqamətdə iş necə gedir?
- Biz yalnız prezident deyil, milli kitabxanalarla da işləyirik. Məsələn, Ukraynanın Milli Parlament Kitabxanası, Belarus Milli Kitabxanası ilə çox yaxşı mübadiləmiz var. ABŞ Konqresi Kitabxanası ilə işləyirik. Yəni həm bizə, həm də digər tərəfdaşlarımıza faydalı olacaq əlaqələr qurmağa çalışırıq. Bununla əlaqədar biz bu yaxınlarda 10 yaşı tamam olmuş Heydər Əliyev adına kitabxanaya xüsusi diqqət yetiririk. Biz çox yaxşı bilirik ki, kitabxana yaratmaq zəhmət tələb edən işdir, onun lazımi səviyyədə fəaliyyət göstərməsi üçün nə qədər əmək vermək, yaradıcı düşünmək, ideyalar irəli sürmək lazımdır. Biz bu istiqamətə çox diqqət ayırırıq və ümid edirik ki, yaxın gələcəkdə qarşımızda duran ümumi vəzifələrin həllinə daha da yaxınlaşa biləcəyik.
- Azərbaycan-Rusiya əlaqələrinin inkişafını ümumilikdə necə xarakterizə edə bilərsiniz?
-Çox yaxşı münasibətlər olaraq.
– Sizcə, bu münasibətlərin gələcək inkişafı hansı istiqamətdə olmalıdır?
- Əlbəttə, mədəniyyət sahəsində. Mənə elə gəlir ki, mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsi ən önəmlisidir, unutmaq olmaz ki, bizi həm Rusiya İmperiyası, həm də Sovet İttifaqı çərçivəsində ümumi keçmişimiz bağlayır. Bəli, ölkələr müstəqillik əldə ediblər, lakin birgə yaşadığımız dövrləri unutmaq olmaz, çünki bununla bağlı müsbət məqamlar da var.
Məni mədəniyyət sahəsi daha çox maraqlandırır, buna görə Heydər Əliyev adına Prezident Kitabxanasının 10 illiyi ilə əlaqədar Azərbaycana səfərimiz zamanı biz Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində olduq, orada keçirilən tədbirlər, Rusiya vətəndaşlarının fəaliyyəti və bunun Azərbaycan ictimaiyyəti tərəfindən necə qarşılanması ilə tanış olduq. Mən ziyalıları, təhsil, mədəniyyət, bir sözlə humanitar sahənin nümayəndələrini nəzərdə tuturam.
- Rus icmasının nümayəndələrinin Azərbaycanda yaşayış və rus dilinin tədris səviyyəsi barədə məlumatınız varmı?
- Azərbaycana səfər çərçivəsində “Rossotrudniçestvo”da keçirilən görüşdə bizə burada rus dili üzrə olimpiadaların keçirilməsi barədə danışdılar. Xüsuilə rus dili müəllimlərinin ixtisasının artırılması üzrə kurslar keçirilir ki, bu müəllimlər də həm əhalinin rusdilli təbəqəsinə, həm də azərbaycanlılara rus dilini tədris edir. Buna görə də mənə elə gəlir ki, rus dilinin Azərbaycanda məişətdə geniş işlədilən dil olaraq qalması vacibdir, çünki əlavə dil bilgisinin bu vaxta qədər heç kimə ziyanı olmayıb.
Söhbət etdi Rasim Babayev.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət