2003-2013-cü illər ərzində Azərbaycan hökuməti tərəfindən ASK-nin müxtəlif sahələrinə ayrılan subsidiya və güzəştli kreditlər 1 mlrd. 14,27 mln. manatı ötüb. Bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib.
Nazirlər Kabinetinin iclası cümə axşamı İlham Əliyevin sədrliyi ilə keçirilib.
“2003-2013-cü illərdə ölkəmizin kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən birbaşa dəstək, o cümlədən yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, mineral gübrələrə, toxum və tinglərə görə 587,17 mln. manat subsidiya ayrılıb. Bundan başqa, həmin dövr ərzində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə onun fəaliyyət göstərməsi üçün kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların, mineral gübrələrin, damazlıq heyvanların alınması və Cəmiyyətin maddi-texniki bazasının yaxşılaşdırılmasına 427,1 mln. manat vəsait ayrılıb”, - deyə İ.Abasov bildirib.
Dövlət başçısının 4 iyul 2013-cü il tarixli sərəncamı ilə ölkənin taxılyığan kombaynlara olan ehtiyacını təmin etmək məqsədilə Prezidentin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 mln. manat vəsaitin ayrılmasını xatırladan nazir məlumat verib ki, bu yaxınlarda 150 ədəd Finlandiya istehsalı olan müasir “Sampo” markalı taxılyığan kombayn Azərbaycana gətiriləcək.
“Dövlət başçısının sərəncamı ilə Prezidentin ehtiyat fondundan 2013-cü il üçün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 9 mln. 200 min manat vəsait və Cəmiyyətin 1 mln. 850 min manat təkrar istifadə vəsaiti hesabına Fransadan və Macarıstandan alınması nəzərdə tutulan 4,3 min baş damazlıq heyvandan 1 284 başı bu il ölkəyə gətirilərək 50% güzəştlə üç il müddətinə lizinq yolu ilə məhsul istehsalçılarına verilib. Qalan 3 016 baş heyvan isə sentyabr ayından etibarən Azərbaycana gətiriləcək”, - deyə o qeyd edib.
İ.Abasovun sözlərinə görə, hesabat dövrü ərzində “Aqrolizinq” ASC vasitəsilə 1 648 kənd təsərrüfatı texnikası, o cümlədən 1 min taxılyığan kombayn, 394 traktor, 4 qarğıdalıbiçən xeyder və 1150 qoşqu avadanlığı ölkəmizə gətirilərək kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilib.
Cəmiyyət tərəfindən məhsul istehsalçılarının gübrələrə olan tələbatı müəyyənləşdirilməklə, cari ildə bu məqsədlər üçün nəzərdə tutulmuş 4,7 mln. manat büdcə və təkrar istifadə vəsaitləri hesabına 13,8 mln. manat dəyərində ammonium nitrat gübrəsinin alınması üçün müvafiq tədbirlər görülüb. “Cari ilin əvvəlindən fermerlərə 54 min ton müxtəlif gübrələr verilib. Bu il 8,2 min ton ammonium nitrat gübrəsinin ölkəmizə gətirilməsi planlaşdırılır”, - deyə o vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət