Bu il Ermənistan, Gürcüstan və Moldova Avropa İttifaqı (Aİ) ilə azad ticarət haqqında müqavilələri paraflaya, gələn il isə imzalaya bilər. Bu barədə Litvanın xarici işlər naziri Linas Linkyaviçus bəyan edib.
“Biz Vilnüsdə yüksək səviyyəli görüşə qədər Moldova, Gürcüstan və ola bilsin ki, Ermənistanla sazişlərin paraflanmasını gözləyə bilərik. O zaman sazişi mümkün qədər tez imzalamağa çalışacağıq, Aİ-nin bu komissiyasının fəaliyyət göstərdiyi müddətdə bunu etmək daha yaxşı olar”, - deyə nazir bazar ertəsi axşam Brüsseldə telefonla BNS agentliyinə bildirib.
İndiki Avropa Komissiyasının səlahiyyət müddəti gələn ilin ikinci yarısında başa çatacaq”, - deyə BNS qeyd edir.
Gürcüstan bazar ertəsi azad ticarət haqqında sazişlə bağlı danışıqları başa çatdırıb. Moldova bunu daha əvvəl edib, Ermənistan isə yaxın günlərdə danışıqları başa çatdırmağa ümid edir.
Xəbər verildiyi kimi, “Şərq tərəfdaşlığı” sammiti noyabr ayında Vilnüsdə keçiriləcək. Beş il əvvəl Praqada irəli sürülmüş Aİ-nin altı postsovet ölkəsi ilə yaxınlaşması layihəsi keçmiş SSRİ-nin 6 ölkəsini əhatə edir: Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna. Daha əvvəl Aİ Belarusla münasibətləri yaxşılaşdırmaq üçün Litvanın bu qurumda sədrliyindən və Vilnüsdə keçiriləcək “Şərq tərəfdaşlığı” sammitindən istifadə etmək niyyətində olduğunu bəyan etmişdi.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət