Xarici işlər naziri Elmar Məmmədyarov 2006-cı ildə qəbul edilmiş Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Proqramında əks olunmuş Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə dəstəyin verilməsi ilə bağlı Aİ tərəfinin öz üzərinə götürdüyü öhdəliyə əməl etməsinin vacibliyini bildirib. Bu barədə XİN mətbuat xidməti məlumat verir.
E.Məmmədyarov bazar ertəsi Brüsseldə Avropa İttifaqı üzv ölkələrinin və Şərq Tərəfdaşlıq ölkələrinin xarici işlər nazirlərinin 4-cü görüşündə Aİ-Azərbaycan dialoqunun gələcək perspektivlərinin və Assosiasiya Sazişi üzrə aparılan danışıqlarda tərəqqinin əldə olunmasının əhəmiyyətli dərəcədə məhz bu növ qarşılıqlı hörmət və tərəfdaşlıq prinsipləri öhdəlikləri əsasında reallaşmasının mümkün olacağını vurğulayıb.
İyunun 21-də Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşləri xatırladan XİN başçısı Bakının bununla Aİ ilə hüquq bərabərliyi və strateji tərəfdaşlıq əsasında dialoqun inkişaf etdirilməsində maraqlı olduğunu bir daha təsdiq etdiyini bildirib.
Nazir Cənub Qaz Dəhlizi ilə bağlı qəbul edilmiş qərarların Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsində və Aİ ilə siyasi-iqtisadi münasibətlərdə bundan sonra daha da geniş imkanlar yaradacağında müstəsna rol oynayacağını qeyd edib.
E.Məmmədyarov Aİ ilə Viza Rejiminin Asanlaşdırılması və Readmissiya Sazişləri üzrə danışıqların demək olar ki, tamamlandığını və Vilnüs Sammitinə qədər onların imzalanmasının əhəmiyyətini vurğulayıb.
XİN başçısı Bakı və Aİ arasında təhsil sahəsində əməkdaşlığın təkmilləşdirilməsinin vacibliyini vurğulayaraq ikitərəfli əməkdaşlıq çərçivəsində bu istiqamətdə vacib addımların atılması təklifini irəli sürüb.
O, həmçinin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində gender bərabərliyinin təmin edilməsi və qadınların cəmiyyətdə rolunun artırılması imkanlarının araşdırılmasını təklif edib.
Brüsselə səfər çərçivəsində E.Məmmədyarov ukraynalı və yunanıstanlı həmkarları ilə təkbətək görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin genişləndirilməsi perspektivləri müzakirə edilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət