Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü ilin I yarısında kredit təşkilatları vasitəsilə sahibkarlara 179 mln. 784,7 min manat məbləğində güzəştli kredit verib.
Xəbər verildiyi kimi, 2012-ci ilin yanvar-iyun aylarında fondun vəsaitləri hesabına sahibkarlara 109 mln. 983,3 min manat kredit verilib. Beləliklə, 2013-cü ilin birinci yarısında SKMF-in xətti ilə kreditləşmənin həcmi 63,5% artıb.
“2013-cü ilin yanvar-iyun aylarında fondun vəsaitləri hesabına 2 006 layihə (artım 67,3%) maliyyələşdirilib”, - deyə fondun rəsmi mətbuatda dərc edilmiş kreditləşmə sahəsində fəaliyyəti haqqında məlumatda qeyd edilir.
Bu layihələrin kreditləşməsi 7 351 yeni iş yerinin açılmasına imkan verəcək (artım 61,2% - İF-Az).
Hesabat dövründə sənaye məhsullarının istehsalı və emalı sahəsində 66,724 mln. manat məbləğində 90 layihə, kənd təsərrüfatı məhsullarının emalı sahəsində 26,248 mln. manat məbləğində 6 layihə, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində 81 mln. 727,7 min manat məbləğində 1 966 layihə maliyyələşdirilib.
Bundan başqa, xidmət sahəsində 4 layihənin maliyyələşdirilməsinə 5,085 mln. manat ayrılıb.
SKMF-in məlumatına görə, 2013-cü ilin yanvar-iyun ayları ərzində 153,587 mln. manat məbləğində 48 xüsusi iri kredit, 942 min manat məbləğində 7 orta kredit, 25 mln. 255,7 min manat məbləğində 2 011 kiçik kredit verilib.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond sahibkarlara 218 mln. manat məbləğində güzəştli kredit verib, 2013-cü ildə 250 mln. manat məbləğində kredit verməyi planlaşdırır.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət