Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Müşahidə Şurasının cümə axşamı keçirilən iclasında fondun 2012-ci il büdcəsinin icrası məsələlərinə baxılıb. Bu barədə ARDNF-dən məlumat verilib.
İclasda Müşahidə Şurası fondun 2012-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələrini və ötən il ərzində büdcənin icrası məsələlərini müzakirə edib.
“Müşahidə Şurası Neft Fondunun icraçı direktorunun təqdim etdiyi fondun 2012-ci ildə fəaliyyəti haqqında illik hesabatına, ARDNF-in 2012-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun («Ernst&Young» şirkəti) hesabatına baxaraq onları məqbul hesab edib və fondun 2012-ci il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim etmək barədə qərar qəbul edib”, - deyə məlumatda bildirilir.
İclasda baş nazir A.Rasizadə növbəti müddətə ARDNF-in Müşahidə Şurasının sədri seçilib.
2012-ci il ərzində Neft Fondunun gəlirləri 13 mlrd. 673,7 mln. manat, xərcləri 10 mlrd. 573,6 mln. manat təşkil edib.
1999-cu ildə yaradılan Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət