Azərbaycan hökuməti növbəti prezident seçkilərində iştirak edəcək siyasi partiyaların rəhbərləri və üzvləri ilə dialoqa hazırdır. Bu barədə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəyan edib.
“Hazırda biz seçkilərin elə mərhələsinə qədəm qoyuruq ki, istəsək də, istəməsək də, müxalifət partiyaları ilə təmas qaçılmazdır və bu əlaqələrə ehtiyac var”, - deyə o, çərşənbə axşamı jurnalistlərə bildirib.
Ə.Həsənovun sözlərinə görə, Azərbaycan rəhbərliyi bu sahədə ATƏT-lə danışıqlar aparır.
“Seçkilər ərəfəsində ATƏT-in siyasi partiyaların rəhbərləri və üzvləri üçün seminarlar və digər tədbirlər keçirməsi praktikası mövcuddur. Həmin tədbirlər zamanı seçkilərlə bağlı məsələlərin açıq müzakirəsi aparılır, qərarlar qəbul edilir”, - deyə o qeyd edib.
Ə.Həsənov əmin olduğunu bildirib ki, belə praktika cari ilin oktyabr ayında Azərbaycanda keçiriləcək növbəti prezident seçkiləri ərəfəsində də tətbiq olunacaq.
“Və yəqin ki, seçkilərdən öncə biz siyasi partiyalar, xüsusilə də seçkilərdə iştirak edəcək siyasi partiyaların rəhbərləri və üzvləri ilə görüşlər keçirəcəyik”, - deyə Ə.Həsənov qeyd edib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət