Avropa Azərbaycanlıları Konqresi (AAK) Avropanı Moldova parlamentinin hüquq müdafiəçisi və ombudsmanı Aureliya Qriqoriuya Ermənistanda edilmiş təzyiqə obyektiv qiymət verməyə çağırır. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Avropa Parlamentinə, siyasi və sosial institutlara, bütövlükdə Avropa ictimaiyyətinə ünvanlandığı müraciətdə AAK Aureliya Qriqoriunun İrəvanda parlamentdə çıxışından sonra baş verən hadisələrdən narahatlığını bildirib.
2013-cü il iyunun 4-də A.Qriqoriu Ermənistanın Konstitusiya Məhkəməsinin təşkil etdiyi “Avropa Şurasının üzvü olan ölkələrdə hüquq aliliyi və sərhədlərə dair Avropa standartlarına uyğun mülahizə” adlı beynəlxalq konfransda çıxış edib. O, Ermənistan hakimiyyətini Azərbaycanın ərazilərini işğal etməkdə və Azərbaycan xalqına qarşı soyqırımı törətməkdə ittiham edib və onu təcavüzkar kimi qiymətləndirərək İrəvanın beynəlxalq hüquqlara riayət etmədiyini bildirib.
Ermənistan parlamentində çıxışından sonra A.Qriqoriu təzyiqlərə məruz qalaraq onun ölkəni tərk etməsinə əngəllər yaradılıb. Moldova parlamentinin səlahiyyətli üzvü təhlükə və təqiblərə məruz qalaraq, hətta şantaj edilərək, ondan Ermənistandan rəsmi şəkildə üzr istəməsi tələb olunub, əks halda qisas alınacağı bildirilib.
AAK hesab edir ki, Ermənistan hakimiyyətinin bu cür reaksiyası və baş verənlər dövlət səviyyəsində təşkil olunan terror aktından başqa bir şey deyil. Ermənistanda baş verən bu hadisə onu təsdiq edir ki, bu ölkədə nəinki hələ də beynəlxalq hüquq qaydalarına, eləcə də inkişaf etmiş mədəni cəmiyyətin elementar etik normalarına riayət və hörmət olunmur.
Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinə, siyasi və sosial institutlara, bütövlükdə Avropa ictimaiyyətinə müraciət edərək dəvət edilmiş parlament üzvünün çıxışına qarşı Ermənistanın qəddar, ədəbsiz və yanlış reaksiyasına diqqət yetirməyə və etiraz etməyə çağırır, bu hərəkətlə demokratik, diplomatik və ümumbəşəri normaların və dəyərlərin kobud şəkildə pozulduğunu bildirir və bu hərəkəti dövlət səviyyəsində törədilmiş terroru aktı kimi qiymətləndirməyi tələb edir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət