Bakı və Tehranın Fələstin problemi ilə bağlı mövqelərinin üst-üstə düşməsi sevindirici faktdır. Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bəyan edib.
“Fələstin problemi ilə bağlı Azərbaycanla baxışlarımızın oxşar olması sevindiricidir”,- deyə M.Pak Ayin 1982-ci ildə İran İslam inqilabının lideri ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün hər il Ramazan ayının sonuncu cümə günündə keçirilən Qüds gününə həsr edilmiş mətbuat konfransında bildirib.
Səfir Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq Fələstin xalqının azadlıq hüquqlarının tanınmasının vacibliyini bildirməsindən məmnunluq ifadə edərək, bunu “çox müsbət fakt” kimi qiymətləndirib.
M.Pak Ayin qeyd edib ki, “Fələstin xalqının son zamanlar dirçəlişindən sonra İsrail rejimi öz iflasına yaxınlaşdı”. “Dünya ölkələri Fələstin probleminə diqqətlə yanaşmalıdırlar, çünki orada baş verənlər bütün regionun təhlükəsizliyini təhdid altında qoyur”, - deyə o bildirib.
Səfir söyləyib ki, İranın mövqeyinə əsasən, Fələstin xalqının gələcəyinin müəyyənləşdirilməsi üçün elə xalqın iştirakı ilə referendum keçirilməlidir. “Bu, bizim problemə ədalətli yanaşmamızdır. Gördüyünüz kimi, burada İsrailə və yəhudi xalqına qarşı heç bir təhlükə yoxdur, heç kim yəhudiləri dənizə tökməyi təklif etmir, biz həmçinin Qərbə təklif edirik ki, bu problemə ədalət nöqteyi-nəzərindən baxsınlar, lakin hər zaman insan haqlarından və terrorizmlə mübarizədən danışan Qərb bu gün özü terrorçu rejimə himayədarlıq edir”, - deyə diplomat bildirib.
M.Pak Ayin həmçinin Suriya problemi ilə bağlı Bakı və Tehranın mövqelərinin yaxın olduğunu qeyd edib. “Hər iki tərəf problemin hərbi yolla həllinin olmadığını düşünür və ölkə rəhbərliyi ilə müxalifət arasında danışıqların başlanmasına tərəfdardır” - deyə o qeyd edib.
Onun sözlərinə görə, indi heç kim şübhə etmir ki, Suriyada baş verənlər Qərbin əvvəllər yürütdüyü siyasətin davamıdır.
“Sevindirici haldır ki, bu gün artıq bir çox ölkələr İranın Suriya probleminin hərbi yolla həllinin qeyri-mümkünlüyü ilə bağlı mövqeyini paylaşır. Hegemon ölkələrin onların işinə yaramayan ölkələri devirə bildiyi vaxtlar çoxdan keçib”, - deyə M.Pak Ayin bildirib.
Bundan başqa, səfir Avropa İttifaqının “Hizbullah”ı terror təşkilatı kimi tanımasından narazılığını bildirib. “Bu qərarın heç bir əsası yoxdur. Nə üçün İsrail Livanı bombalayanda Avropa İttifaqı susurdu?! İndi Suriyada hakim rejimlə əsasən terrorçular döyüşürlər. Onların arasında Avropadan gələnlər də var. Nə üçün Avropa İttifaqı buna reaksiya vermir? Bütün bunlar onu göstərir ki, Aİ problemin mahiyyətini dərk etmir”, - deyə səfir əlavə edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət