Respublika Müalicə Diaqnostika Mərkəzi Belarusun görkəmli həkimləri ilə uğurlu əməkdaşlığı davam etdirir. Ötən il Belarusun həkimlər briqadası öz təcrübələrini bölüşmək və xəstələrə müalicə-konsultativ yardım göstərmək məqsədi ilə Azərbaycana gəlmişdi. Onların arasında Belarus Respublikası Səhiyyə Nazirliyinin baş endokrinoloqu, Amerika Diabet Assosiasiyasının üzvü, dosent Alla Şepelkeviç, Belarusun aparıcı nevropatoloqu, tibb elmləri namizədi Vyaçeslav Vaşilin, Diplomdansonrakı Təhsil Tibb Akademiyasının uşaq nevrologiyası kafedrasinin dosenti, tibb elmləri namizədi Yelena İvaşina, eləcə də 2008-2012-ci illərdə Belarusun baş mama-ginekoloqu olmuş, hazırda isə “Ana və Uşaq” Respublika Elmi-Praktik Mərkəzinin direktor müavini vəzifəsində çalışan dosent Aleksandr Barsukov da var idi.
“İnterfaks-Azərbaycan” agentliyi Aleksandr Barsukovla müsahibəni təqdim edir.
-Bakıya bu dəfəki gəlişinizin məqsədi nədir?
-Mənim keçən səfərimdə planlaşdırıldığı kimi üç mürəkkəb texnoloji əməliyyat aparıldı, bu dəfə biz belə əməliyyatları artıq azərbaycanlı həmkarlarımızla həyata keçiririk. Bundan başqa, uşaqlığın miomasının (şiş) aşkarlandığı bir hamilə qadının üzərində mürəkkəb əməliyyat aparılması gözlənilir. Buranın həkimləri şişi götürmək üçün hamiləliyi pozmaq qərarına gəlmişdilər, lakin biz hamiləliyi sona çatdırmağa və qeysəriyyə kəsiyi zamanı miomanı götürməyə qərar verdik. Mənə elə gəlir ki, biz qadının cinsi orqanlarını saxlaya biləcəyik və o, bir daha dünyaya övlad gətirə biləcək. Azərbaycanda belə əməliyyatlar demək olar ki, eksklüzivdir, tez- tez olmur, bizdə isə belə əməliyyatlar həftədə 1-2 dəfə aparılır. Buna görə də biz bu sahədəki təcrübəmizi məmnuniyyətlə azərbaycanlı həmkarlarımızla bölüşürük.
Bakıya ötən dəfəki gəlişimizdə burada bir qadını xilas etdik. Biz ananı da, onun cinsi orqanlarını da, uşağı da xilas etməyə müvəffəq olduq, bu, çox mürəkkəb olsa da, bunun öhdəsindən gəldik. Axı mən tək işləmirdim, bu, bizim ümumi qələbəmizdir. Bu əməliyyatda anestezioloqlar böyük rol oynadılar, necə deyərlər, tək əldən səs çıxmaz, əgər xəstənin vəziyyəti ağırdırsa, o zaman briqada işləməlidir.
- Azərbaycanlı ginekoloq və mama həkimlərinin hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz?
- Mən ancaq Respublika Müalicə Diaqnostika Mərkəzi barədə danışa bilərəm, burada səviyyə kifayət qədər yüksəkdir. Avadanlıqla təminat yüksək səviyyədə olanda bu, müvafiq olaraq yüksək ixtisaslaşma tələb edir, həkim ona təqdim olunan avadanlıqla işləməyi bacarmalıdır, həkimlər öz üzərində işləməli və bilik səviyyələrini artırmalıdırlar. Əgər bu gün onların əlində bu avadanlıqlar olmasaydı, buna tələbat da olmazdı. İmkanlar çoxaldıqca, bilik də artır və təbii ki, nəticələr daha da yaxşılaşır. Qeyd etmək istəyirəm ki, burada savadlı həkimlər kifayət qədərdir, onların arasında Moskvada təhsil alanlar da var. Əgər onlara nəsə aydın deyilsə, ya da bu və ya digər məsələ ilə əlaqədar mənim rəyimi bilmək istəyirlərsə, məmnuniyyətlə onlara kömək edirəm. Biz planlar qurur, analizləri müzakirə edirik. Mən çox şadam ki, yalnız onlar məndən öyrənmirlər, mən özüm də onlardan özüm üçün lazımi və faydalı məlumatlar əldə edirəm. Mən də onlar kimi adi həkiməm, buna görə də bu, sadəcə təcrübə mübadiləsidir.
- Mərkəzlə əməkdaşlıq etdiyiniz müddətdə öz xəstələriniz oldumu?
- Bəli, belələri var. Mənə çox xoş oldu ki, bu dəfə hamilə olmayan qadınlar yanıma gəliblər və biz onların və həyat yoldaşlarının analizlərini müzakirə edib, müalicə sxemini hazırlamışıq. Nəhayət ki, iki hamiləlik baş tutdu. Qadınlar 5 ildən çox idi ki, hamilə qala bilmirdilər. Buna görə də bu çox xoşdur və böyük qələbədir.
- Siz iki həftədir ki, buradasınız, bu müddətdə neçə əməliyyata girmisiniz və neçə xəstə qəbul etmisiniz?
-Bakıya gələndən bəri gündə təxminən 4-5 nəfər qəbul edirəm, bir neçə əməliyyat aparmışam.
-Azərbaycanlı mütəxəssislərin təlim prosesi necə gedir?
-Mən əsas iş prinsiplərinin göstərildiyi təqdimatlar keçirirəm, bütün texnologiya barəsində danışıram. Xəstələrə birgə baxırıq, simptomları yoxlayırıq, problemləri müzakirə edirik, əməliyyatın necə keçiriləcəyini işləyib hazırlayırıq. Bütün əməliyyatlar standartlaşdırılıb: anatomik strukturları dəqiq bilmək, alətin hərəkət edəcəyi yeri, hansı məsafədə olacağını və s.dəqiq ölçmək lazımdır.
-Azərbaycanlı xanımlar sizə hansı problemlərlə bağlı müraciət edirlər?
-Qadınlar hər yerdə eynidirlər və problemlər də eynidir, sadəcə burada daha çox dünyaya uşaq gətirirlər. Mən deyərdim ki, oxşar problemlər daha çoxdur. Sadəcə bizdə qadınlar hər hansı problem yaranan kimi dərhal həkimə müraciət edirlər, burada isə tələsmirlər, Azərbaycan qadınları dözürlər. Bu məsələdə utanma da rol oynayır. Həkimin kişi olması faktının bir çox qadınları dayandırması isə məni hər şeydən çox təəccübləndirir. Bu işdə gender fərqi qoyulmamalıdır, həkim həkimdir, vəssalam. Əgər qadın vaxtında həkimə müraciət etməsə, bu, əlbəttə, onu öldürməyəcək, amma həyat keyfiyyətini olduqca aşağı salacaq.
-Belarusda abortla necə mübarizə aparılır? Bu məsələ ilə bağlı bizimlə hansı ideyalarla paylaşa bilərsiniz?
- Bizim xüsusi proqramımız var ki, biz onun çərçivəsində katolik və pravoslav kilsələri ilə sıx əməkdaşlıq edirik. Mənə qəribə gəlir ki, burada bu mənfi halın bütün ağırlığı və məsuliyyəti yalnız qadınların üzərinə düşür, axı bu işdə kişilərin də məsuliyyətini artırmaq vacibdir. Kişi anlamalıdır ki, arzuolunmaz hamiləlik yarana bilər. Abort - travma, gələcəkdə nəsil vermə qabiliyyətinin itirilməsi riskidir. İnternet, televiziya, KİV və s. vasitəsi ilə təbliğat aparılır. Həkimlərlə videokörpülər, onlayn rejimdə məsləhətləşmələr təşkil edilir.
-Qadınlara nə arzu edərdiniz?
- Özlərini sevməyi, reproduktiv sağlamlıqlarının və bütövlükdə səhhətlərinin qayğısına qalmağı, daha çox dincəlməyi və həyatdan zövq almağı arzu edirəm.
Söhbət etdi Alla Zeydullayeva
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət