“İnterfaks -Azərbaycan” agentliyinin Alban-Udi xristian icmasının sədri Robert Mobili ilə müsahibəsi
-Yaxın perspektivdə qarşınızda duran məsələlər barədə nə deyə bilərsiniz?
- 170 ildən çox əvvəl bizim kilsə Eçmiədzinə verilib. Bu, bütün Qafqazın Rusiya tərəfindən işğalından sonra bizim istəyimiz olmadan edildi. Lakin özümüzün milli və dini xüsusiyyətlərimizi saxlamaq üçün biz udilər ermənilərə verilmiş kilsəyə getməkdən imtina etdik. Bu gün qarşımızda duran əsas məqsəd Alban-Udi Apostol Avtokefal kilsəsini bərpa etməkdir.
Bu istiqamətdə ilk addım alban-udi icmasının dövlət qeydiyyatından keçməsi oldu ki, bunu da faktiki olaraq 2003-cü ildə elədik. Üç kilsə bərpa edildi. Biz ibadətimizi öz doğma dilimizdə edirik. Bununla yanaşı, din xadimlərinin təhsil almasına böyük ehtiyac var. Xristian aləmində xeyir-dua almaq kimi bir qanun var. Mitropolit II Sergi Nazansarayski öldürüldükdən sonra bizdə xeyir-dua ənənəsinə son qoyuldu. Bu gün biz Şərq kilsəsinin xeyir-duasına ehtiyac duyuruq. İcmamızın üzvlərinin İordan çayında xaç suyuna çəkilməsi ondan xəbər verir ki, biz hansısa kilsənin tabeliyində deyilik.
İkinci addım alban-udi xristian icmasının nümayəndələrinin xaricdə təhsil almasıdır. Nə üçün xaricdə? Çünki Azərbaycanda təhsil almaq üçün müqəddəs yer yoxdur. Buna görə də bizdən asılı olmayn səbəblərdən biz Şərq kilsələrində təhsil almaq məcburiyyətindəyik. Bu Konstantinopol, Suriya, Yerusəlim kilsələri ola bilər. Bizim nümayəndəmizin Polşaya göndərilməsi bu istiqamətdə ilk addım oldu. Mən düşünürəm ki, nümayəndələrimiz təhsillərini başa vurub döndükdən sonra bizim Apostol Avtokefal kilsəsinin bərpa edilməsi üçün Konstantinopol, Yerusəlim, eləcə də Rus Pravoslav kilsələrinin xeyir-duasını ala biləcəyik.
Baxmayaraq ki, ateist sistemində bu xətt silinib, hansısa ucqar dağ kəndində keşiş qalıb ki, onun hesabına alban kilsəsi bərpa edilib. Qeyd edim ki, Makedoniya və Bolqarıstan kilsələri də bu qayda ilə yenidən qurulub. Lakin alban kilsəsi ilə məsələ bir qədər başqa cürdür. Xətt elə silinib ki, alban kilsəsinin birbaşa dini varisi olacaq insan qalmayıb.
-Belə çıxır ki, alban kilsəsinin hərtərəfli fəaliyyət göstərməsi üçün yuxarıda adları çəkilən kilsələrin xeyir-duası lazımdır?
-Bu, kilsə qanunlarıdır və biz mövcud məsələləri bu qanunlar çərçivəsində həll etməliyik. Bəli, itirilmiş xəttin bərpa edilməsi üçün dəstəyə ehtiyac var. Baxmayaraq ki, alban kilsəsi Eçmiədzinə verilib, erməni kilsəsinin adı Apostol kilsəsinə dəyişdirilməyib və Rus Pravoslav kilsəsinin əlində oyuncaq olaraq qalıb.Yalnız SSRİ-nin süqutundan sonra Qriqoryan kilsəsinin adı dəyişdirilərək Erməni Apostol Aftokefal kilsəsi adlandırılıb. Sual yaranır: “Onu kim dəstəkləyib? Bu barədə harada elan edilib?
Nə üçnü mədəni və dini irsə malik ola-ola biz bunu etməməliyik? Məgər bizim kilsə Eşmiədzinə verilərkən kimsə bizdən soruşmuşdumu?
-Qeyd etdiniz ki, Şərq kilsələrinin dəstəyinə ehtiyac var. Necə düşünürsünüz, dövlət sizə kömək edə bilərmi? Ümumilikdə sizin kilsəyə Azərbaycan necə kömək edə bilər?
-Düzünü desək, dövlət, qeyri-hökumət təşkilatları, ayrı-ayrı adamlar birmənalı olaraq kömək edirlər. Olur ki, biz hər hansı avadanlığı, dini ədəbiyyatı almaqda çətinlik çəkirik və ya bizi konfranslara, görüşlərə dəvət edirlər. Bütün bunlar böyük xərc tələb edir. Bu məsələdə dövlət strukturları, qeyri-hökumət təşkuilatları və ayrı-ayrı şəxslər bizə kömək edirlər. Təsəvvür edin ki, son 6 ay ərzində mən 5 beynəlxalq konfransda iştirak etmişəm. Bütün bunlar maliyyə tələb edir.
Nic qəsəbəsində aparılan abadlıq işlərinə, bərpa edilmiş kilsələrin vəziyyətinə baxın. Yeri gəlmişkən, görülən işlərə görə təşəkkür edirəm.
-Bəs xaricdə dini təhsil almağa kömək edilməsi üçün dövlət strukturlarına müraciətlər olubmu?
- Bu məsələdə bizi QHT-lər dəstəkləyir. Lakin hesab edirəm ki, dövlət dəstəyinə ehtiyac yaranarsa, dövlət bunu edəcək.
-Yəni siz tərəfdən bu günə qədər müraciət olmayıb?
-Müraciət o halda ola bilər ki, bizim icmanın üzvü harasa oxumağa getsin və hər hansı məbləğdə təqaüd alsın və s. Bütün bunlar rəsmi olaraq müraciətdə göstərilməlidir. Lakin çox maraqlıdır ki, Belarus, Poşa, Ukraynada bizim vəziyyətimizi başa düşərək onların hesabına təhsil proqramı təklif edilir.
-Son zamanlar ermənilərin alban rəmzlərindən istifadə etməsi faktları çoxalıb. Məsələn, alban və erməni xaçkarlarının oxşarlığı barədə nə deyə bilərsiniz? Aşkar görünən oxşarlıq varmı, yoxsa bu, növbəti saxtalaşdırmadır?
-Xaçkarlar mövzusunda mənə çox suallar verilir. Bütün Şərq kilsələrinin, o cümlədən alban kilsəsinin xristian rəmzləri və elementləri fərqlənirlər. Alban tayfalarından bəziləri, o cümlədən udilər aya, digərləri oda, bir başqaları günəşə sitayiş ediblər. Alban xaçkarında bu elementlər əks etdirilib. Digər maraqlı məqam budur ki, xaçkarın ətrafında təsvir edilmiş səkkiz xaç udilərin səkkizliyə inancından irəli gəlir. Səkkizliyi bizim bütün elementlərimizdə görə bilərsiniz. Bundan başqa, alban memarlığı öz üslubuna görə fərqlənir.
-Siz xristian Albaniyasının hüquqi varislərisiniz və buna görə də Qafqaz Albaniyasının mədəni irsinin daşıyıcısısınız. Bu mədəniyyətin erməniləşdirilməsinə münasibətiniz necədir? Bu prosesə qarşı durmaq üçün hansı tədbirləri görürsünüz?
- Qeyd edim ki, bütün beynəlxalq forumlarda öz mövqeyimizi müdafiə edirik. Məsələ bundadır ki, ermənilər Azərbaycanda mövcud olan zəngin dini irsə sahiblənmək istəyirlər. Bu gün dini irsimizi mənimsəyənlər sabah torpaqlarımızı mənimsəyəcəklər. Söhbət yalnız Ermənistandan getmir. Gürcüstan da bu dini irsi mənimsəmək üçün ciddi addımlar atır. Düzdür, Dağıstanda heç bir xristian icması yoxdur, lakin onun ərazisində xristian icmasının yaranması ilə onların da bu istiqamətdə hər hansı addımlar atacağı istisna edilmir.
Bu gün udilər ciddi adımlar atmağa hazırdırlar, onların əlində Azərbaycanın alban xristian mədəni irsinin varisi olmasını təsdiqləyən dəlillər var.
-Bu məsələni UNESKO-da qaldırmısınızmı?
-Ermənilər bir dəfə UNESKO-da xaçkarların “Ermənistanın sərhədlərinin müəyyən edilməsində ayrılmaz və əsas tərkib hissəsi olması” məsələsini qaldırmışdılar. Biz öz növbəmizdə cavab bəyanatı ilə çıxış etdik və bu, müsbət qarşılandı. Nəticədə ermənilərin qaldırdığı məsələdən “Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi” təklifi çıxarıldı.
-Müasir dillə desək, alban kilsəsini beynəlxalq səviyyədə “patentləşdirməyi” düşünürsünüzmü?
- Xristian aləmində “patentləşdirmə” anlayışı yoxdur. Lakin biz de-fakto və de-yure olaraq alban kilsəsini bərpa edə bilsək, bu, patentdən də güclü olar. Müsəlman ölkəsi olan Türkiyədə kilsə Konstantinopol kilsəsi adlanır. Bu gün Konstantinopol sözünə tarixi əsərlərdə rast gəlinir, lakin Türkiyə ilə qonşu olan Suriya, Yunanıstan və Misirdə kopt təriqətinin üzvləri bəyanatla çıxış edərkən, Konstantinopol kilsəsi də bəyanat verir. Tarix dəyişib, ancaq 6-7 min nəfər üzvü olan icma öz kilsəsini qorumağa qadirdir. Demək istəyirəm ki, əgər biz öz tarixi, mədəni, dini irsimizi qorumaq istəyiriksə, biz onu bərpa etməliyik. Başa düşürəm, çətin prosesdir, lakin başqa yol yoxdur.
-Qeyd etdiniz ki, ermənilər xaçkarları Ermənistan sərhədlərinin müəyyən edilməsində əsas amil hesab edirlər. Necə düşünürsünüz, bu yanaşma ermənilərin “Böyük Ermənistan” yaratmaq arzusundən irəli gəlmirmi?
-Bəli, şübhəsiz ki, bu belədir, çünki mən bunu onlarda dəfələrlə müşahidə etmişəm. Gürcüstanda da eyni problem var. Ermənilər orada da kilsə iddiasındadırlar. Hərçənd tərəflərin hər ikisi xristiandır.
Bizə gəlincə, bu məsələ yalnız Qarabağ problemi ilə bitmir. Problem həll edildikdən sonra onlar yeni iddialar irəli sürəcəklər.
Söhbət etdi Fərdin İsazadə.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət