Mərkəzi Seçki Komissiyasının (MSK) bazar ertəsi keçirilən növbəti iclasında prezident seçkilərində iştirak etmək istəyən daha bir iddiaçının namizədliyi təsdiqlənib.
MSK üzvləri səsvermə yolu ilə seçkilərdə müstəqil namizəd kimi iştirak etmək istəyən hüquqşünas İlqar Məmmədovun (Altay) namizədliyini təsdiq ediblər. Bu barədə “İnterfaks- Azərbaycan” agentliyinin müxbiri MSK-nın iclasından xəbər verir.
“Bu günə qədər 9 namizəd prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib. Sabah bu rəqəmin 11 olduğunu eşitsəniz, təəccüblənməyin”, - deyə MSK sədri Məzahir Pənahov bildirib.
MSK indiyədək ölkə prezidenti postuna 3 iddiaçının namizədliyini təsdiq edib: hakim Yeni Azərbaycan Partiyasının sədri, indiki dövlət başçısı İlham Əliyev, Azadlıq Partiyasının lideri Əhməd Oruc və İ.Məmmədov (Altay).
MSK-ya həmçinin qeydiyyat üçün Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasının lideri Fuad Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin sənədləri daxil olub.
Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə namizədliyinin qeydiyyata alınması üçün sənədlərini MSK-ya göndərsə də, sənədlər lazımi tələblərə cavab vermədiyi üçün MSK onları qaydaya salınmaq məqsədilə siyasətçiyə geri qaytarıb.
MSK-nın bugünkü iclasında M.Pənahov beynəlxalq təşkilatların seçkilərin monitorinqində iştirakı məsləsinə də toxunub.
Onun sözlərinə görə, beynəlxalıq müşahidəçilərin qeydiyyat prosesi başa çatdıqdan sonra MSK onların ümumi sayı barədə məlumat verəcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət