Misirdə baş verənlər demokratiya çərçivəsindən çox uzaqdır. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu belə bəyan edib.
“Misirdə baş verən hadisələr zamanı yüzlərlə insanın ölümü, minlərlə insanın yaralanması heç bir demokratiyaya xidmət etmir”, - deyə Ə.Davudoğlu cümə axşamı Qəbələ şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun xəbər verdiyi kimi, Ə.Davudoğlu öz çıxışında bu ölkədə vəziyyətin daha da gərginləşməməsi üçün beynəlxalq birliyin birgə səy göstərməsinin vacibliyini vurğulayıb.
“Qərbin Misir hadisələri ilə bağlı mövqeyini bilmək bizə çox maraqlı olacaq”, - deyə türkiyəli nazir bildirib.
O, həmçinin söyləyib ki, Misir Türkiyəyə dost və qardaş ölkədir. “Misir şəhərlərində baş verənlər bizi narahat edir”, - deyə Ə.Davudoğlu qeyd edib.
Onun sözlərinə görə, Misir məsələsində Türkiyənin əsas məqsədi bu ölkədə sabitliyin bərpa edilməsidir.
“Biz əminik ki, danışıqlar müsbət nəticə verəcək”, - deyə nazir əlavə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət