“İnterfaks-Azərbaycan” agentliyinin Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Vladimir Tsviyanla müsahibəsi
- Serbiya-Azərbaycan parlamentlərarası əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Bu gün bu münasibətlərin aktivləşməsi üçün hansı tədbirlər görülür?
- Bilirsinizmi, Azərbaycana səfərim zamanı mən bir sıra görüşlər keçirdim, o cümlədən Azərbaycan-Serbiya dostluq qrupunun rəhbəri Məlahət İbrahimqızı ilə görüşdüm, bu görüşlərdə Azərbaycan parlamentinin üzvləri də iştirak edirdilər.
Qeyd etməliyəm ki, Serbiya tərəfindən dostluq qrupuna 20 deputat daxildir, ölkə parlamenti isə 250 deputatdan ibarətdir. Bu qrupda demək olar ki, Serbiya parlamentində təmsil olunmuş bütün partiyaların nümayəndələri yer alıblar. Bu, bizim parlamentdə ən böyük qruplardan biridir.
- Bu ilin əvvəlində Serbiya prezidenti Tomislav Nikoliç Bakıya səfərə gəldi, bundan öncə, 2011-ci ildə isə Azərbaycanın dövlət başçısı Belqrada səfər etmişdi. Necə düşünürsünüz, dövlət başçılarının öz ölkələrinin müvafiq strukturları qarşısında qoyduğu məqsədlərə çatmaq mümkün olurmu?
- İki ölkə prezidentlərinin dostluq münasibətləri və strateji tərəfdaşlığa dair imzaladıqları bəyannamə Serbiya-Azərbaycan münasibətlərinin gələcək inkişafında olduqca yüksək məqsədlərə çatmağa yönəlib, xüsusən də söhbət ərazi bütövlüyündən gedərsə. Bəyannamənin digər özəlliyi isə bundadır ki, sənəd iki dövlətin iqtisadi münasibətlərinin inkişafını nəzərdə tutur.
- Serbiya və Azərbaycan parlamentariləri üçün qarşılıqlı maraq kəsb edən məsələlər sırasına nəyi daxil edərdiniz?
- Mən dostluq qrupunun sədri olaraq Serbiya parlamentinə qətnamə ilə müraciət edərək beynəlxalq hüquq, suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşma, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli münasibət bildirməyi tələb etmişəm. Biz bu barədə həmkarlarımıza - Azərbaycan parlamentindəki dostluq qrupunun üzvlərinə xəbər vermişik. Mən bu məsələyə bu və ya gələn il baxılacağını gözləyirəm.
Əgər bu məsələnin nə üçün gələn ilə qədər ləngidildiyini soruşsanız, deyə bilərəm ki, bu gün Serbiya parlamentində ölkə qanunvericiliyinin Avropa İttifaqı qanunlarına uyğunlaşdırılması istiqamətində çoxlu iş var və bu, prioritetdir. Lakin Serbiya parlamenti mənim təqdim etdiyim qətnaməyə fikir bildirəcək.
-Yəni siz Serbiya parlamentinin Xocalı soyqırımını tanımasını istəyirsiniz?
-Yalnız bunu deyil. Bütün qaçqınlar öz evlərinə qayıtmalıdrlar. Sizdə bir milyona yaxın qaçqın var. Serbiyada da Kosovo münaqişəsi nəticəsində 1 milyon insan qaçqın düşüb. Bütün qaçqınlar, yalnız Qarabağ və Kosovodan olanlar deyil, bütün dünyadakı qaçqınlar öz evlərinə qayıtmalıdırlar. Bütün bu məqamlar qətnamədə öz əksini tapıb.
-Sizin fikrinizcə, bu gün iki ölkənin deputatları qarşısında hansı ən vacib məsələlər durur?
-Mədəniyyət, elm, incəsənət, idman sahələrində əməkdaşlıq, suverenliyə hörmət edilməsi üzrə birgə tərəfdaşlıq. Ticari-iqtisadi sahə ilə yanaşı, bu sahələrdə də çox iş görmək olar. Serbiyada Azərbaycan səfirliyinin təşəbbüsü ilə Dağlıq Qarabağdan olan qaçqın uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil edilib. Serbiya ictimaiyyəti sərgini böyük maraqla qarşıladı. Digər tərəfdən, biz insanlara Azərbaycanın necə ölkə olmasından, onun mədəniyyətindən, musiqisindən və sairədən söhbət açmalıyıq.
- Azərbaycan və Serbiya turizm sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edir. Necə düşünürsünüz, ikitərəfli turist axınına təkan vermək üçün ölkələr nə etməlidir?
- Bildiyiniz kimi, Serbiyanın turizm agentlikləri Azərbaycanda biznes forumun işində iştirak ediblər. Qeyd etmək lazımdır ki, Serbiyanın Ticarət Palatası və Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovun səyləri ilə biz Serbiya-Azərbaycan Ticarət Palatası açacağıq. Mən gələn il Azərbaycanın turizm agentliklərini Belqrada gözləyirəm.
Azərbaycanın Belqraddakı səfirliyi səfir E.Həsənovun rəhbərliyi ilə xalqımızın təəssüf ki, az məlumatlı olduğu Azərbaycan mədəniyyəti və incəsənətinin tanınması istiqamətində çox böyük işlər görüb. Mən görürəm ki, sizdə də vəziyyət belədir. Buna görə də mən hətta deyərdim ki, Serbiyada Azərbaycan, Azərbaycanda isə Serbiya mədəniyyətinin təqdimatının keçirilməsi çox vacibdir.
Bununla yanaşı, qeyd etmək istərdim ki, Serbiya-Azərbaycan Ticarət Palatasında Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərəcək. Bu, çox vacibdir.
Hesab edirəm ki, bizim Xarici İşlər nazirlikləri turist axınının artması üçün viza rejiminin ləğv edilməsinə dair razılığa gəlməlidirlər. Çünki sizdə yaxşı dəniz var, Serbiyada isə məşhur kurortlar.
- Serbiya Trans-Adriatik boru kəməri layihəsində (TAP) fəal iştirak etmək istəyində olduğunu bildirib. Bu gün Serbiya ümumilikdə enerji əməkdaşlığı məsələsində hansı rolu oynamağa can atır?
-Serbiya enerji sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır, çünki Azərbaycan Xəzər regionunda əsas enerji tərəfdaşıdır. Serbiya artıq “Cənub axını” konsorsiumu ilə öz ərazisindən keçəcək qaz kəmərinin tikintisi haqqında müqavilə imzalayıb. Bu layihə Serbiyanı qazla təmin edəcək və onu vacib tranzit ölkəyə çevirəcək.
-Cənab Tsviyan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını necə görürsünüz?
- Qeyd etdiyim kimi, Dağlıq Qarabağ münaqişəsinə dair dörd qətnamənin qəbul edilməsi mənə maraqlı idi. Bir hüquqşünas olaraq bu sənədlərdə yazılan hər şey mənə aydındır. Bütün bunları mən Serbiya parlamentinə ünvanladığım müraciətdə də qeyd etmişəm.
Hər bir dövlət beynəlxalq hüquqa hörmət etməlidir. Mənim məqsədim Serbiya ictimaiyyətinə bütün bunları başa salmaqdır .
- Ölkələr arasında regional səviyyədə münasibətlərin, başqa sözlə desək, Azərbaycan və Serbiya subyektləri arasında əməkdaşlığın qurulması üçün iş aparılırmı?
Serbiya Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Biz belə marağın regionumuzda da olmasını müşahiə etmişik. Hazırda ölkələrimiz arasında mal dövriyyəsi 40 mln. avro təşkil edir. Biz hesab edirik ki, bu, yaxşı nəticədir, çünki iki il əvvəl bu rəqəm 1 mln. avrodan az idi. Ölkələrimiz arasında əməkdaşlığın bir hissəsini də hərbi-texniki sahə təşkil edir.
Regionda isə, yəni Balkan ölkələrində gördülər ki, Azərbaycanla əməkdaşlıq çox faydalıdır. Biz ümid edirik ki, iki region arasında münasibətlər müsbət məcrada inkişaf edəcək.
Vurğulayım ki, Azərbaycan artıq Serbiyada infrastruktur layihələrində əsas rol oynayır. Serbiya ərazisindən keçəcək avtomobil yolunun tikintisini nəzərdə tutan “Dəhliz-11” layihəsini xüsusi qeyd etmək istərdim. Bu gün Serbiyada 1,5 minə yaxın azərbaycanlı, Azərbaycanda isə 500 nəfər serb işləyir. Hesab edirəm ki, açmağı planlaşdırdığımız Azərbaycan-Serbiya Ticarət Palatası iki ölkənin regionlarının görüş yeri olacaq.
Söhbət etdi Fərdin İsazadə.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət