Azərbaycan Diplomatik Akademiyası (ADA) və Argentinanın “La Plata” Universiteti arasında anlaşma memorandumu imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ADA-nın mətbuat xidmətindən məlumat verilib.
Sənəd Argentinanın elm-təhsil mərkəzləri ilə əlaqələrin inkişaf etdirilməsi və Xəzər bölgəsindəki geosiyasi vəziyyətlə bağlı təşkil olunmuş seminarlarda iştirak etmək məqsədi ilə bu ölkədə səfərdə olan ADA nümayəndələri tərəfindən imzalanıb.
Azərbaycan nümayəndə heyətinin üzvləri Belqrano Universiteti, El Salvador Universiteti, Santiaqo Seria və Buenos-Ayres Texnologiya İnstitutu və Rosario Universitetinin rektor və professor heyəti ilə görüşüb, bu təhsil müəssisələri və ADA arasında əməkdaşlıq imkanları, birgə layihələr, o cümlədən müəllim və tələbə mübadilə proqramlarının həyata keçirilməsi üçün atılacaq addımları razılaşdırıblar.
Bununla yanaşı, Argentinanın dövlət qurumlarının, Xarici İşlər Nazirliyinin nümayəndələri ilə bir sıra görüşlər keçirilib. Görüşlərdə Azərbaycan tərəfi rəsmi Bakının xarici siyasətinin prioritetləri və regional proseslərdə Azərbaycanın rolu barədə məlumat verib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət