Mərkəzi Seçki Komissiyası (MSK) cümə axşamı Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənlinin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri MSK-nın iclasından məlumat verib.
"Komissiya təqdim edilmiş sənədləri qanunvericiliyə uyğun şəkildə araşdırıb və namizədin heç bir hüquqi probleminin olmadığını müəyyən edib”, - deyə MSK katibi Arifə Muxtarova bildirib.
Bundan başqa, MSK C.Həsənlinin səlahiyyətli nümayəndəsini də qeydə alıb.
İclasda o da qeyd edilib ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlal oğlunun sənədləri təsdiq olunmaq üçün MSK-ya daxil olub. Partiya tərəfindən namizədliyi irəli sürülmüş S.Cəlaloğlunun qeydiyyat məsələsinə yaxın günlərdə baxılacaq.
Xəbər verildiyi kimi, avqustun 27-də MSK Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Rüstəm İbrahimbəyovun namizədliyini təsdiq etməyib. Səbəb R.İbrahimbəyovun ikili vətəndaşlığa (Azərbaycan və Rusiya) malik olmasıdır. Milli Şura üzvləri belə ssenarini nəzərə alaraq C.Həsənlini ehtiyat vahid namizəd seçib və onun sənədlərini MSK-ya təqdim ediblər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət