Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Amerika Birləşmiş Ştatlarının Suriyaya qarşı hərbi əməliyyata hazırlaşması ilə bağlı məlumatdan narahat olduğunu bildirib.
Çərşənbə axşamı QMİ-nin yaydığı məlumatda deyilir ki, baş verən hadisələr bütün insanlığın taleyinə təsir göstərə bilər.
“Suriya torpağı tarixən müxtəlif dinlərin nümayəndələrinin yaşadığı və zəngin mənəvi irs yaratdığı məkan olub. Hazırda bu torpaqlarda müqəddəs məkanların, o cümlədən İslam ziyarətgahlarının dağıdılması və insanların kütləvi məhvi bizim qəlbimizi sarsıdır və bizi hədsiz hiddətləndirir. Heç bir vəchlə bu hadisələrə haqq qazandırmadan, əsl günahkarların ciddi şəkildə müəyyən edilib beynəlxalq mühakiməyə verilərək cəzalandırılmasının tərəfdarıyıq. İnsanlıq əleyhinə cinayət törədənlərin məhvi adı ilə günahsız insanların cəzalandırılmasını isə heç bir halda qəbul edə bilmərik.
QMİ hesab edir ki, heç bir dövlətə demokratiyanı süngü uclarında gətirmək mümkün deyil.
“Heç bir dövlətə demokratiyanı süngü uclarında gətirmək müyəssər olmadığı kimi, təcavüz və kənardan müdaxilə ilə də heç bir xalqı xoşbəxt etmək mümkün deyil. Bunun sonu görünməyən acı nəticələrini və fəsadlarını dünya Əfqanıstan və İraqın nümunəsində görməkdə davam edir”,- deyə bəyanatda bildirilir.
Qafqaz Müsəlmanları İdarəsi vaxtilə 11 sentyabrda Nyu-York və Vaşinqton şəhərlərində törədilmiş terror aktlarına da birmənalı qiymət vermişdi.
“Biz o hadisələri təkcə Amerika xalqı əleyhinə deyil, bütün sivil bəşəriyyətə qarşı yönəldilən ən çirkin cinayət kimi qiymətləndirmişdik. Azərbaycan xalqı özü təcavüzün və terrorun qurbanlarından biridir. Erməni terroru nəticəsində ölkəmizin 20 faizi işğal olunub, minlərlə həmvətənimiz məhv edilib. Əgər vaxtilə dünya birliyi Ermənistan təcavüzünə layiqli sipər çəksəydi, bu gün terror və təcavüzlər bu qədər vüsət almazdı”, - deyə məlumatda qeyd olunur.
“Bu gün həyat sübut edir ki, bütün qlobal problemlər, o cümlədən qaynar nöqtələrdəki gərginlik beynəlxalq hüquq normaları əsasında ümumbəşəri səylərlə aradan qaldırılmalıdır. Heç bir siyasət dinc əhalinin məhv edilməsinə, müqəddəs məkanların dağıdılmasına və əbəs yerə qan tökülməsinə xidmət etməməlidir. Əks halda bu, böyük qarşdurmalara, sonsuz intiqamlara gətirib çıxaracaq və yeni faciələrin əsasını qoyacaq”, - deyə QMİ-nin bəyanatında bildirilir.
Bəyanatda “Qurani-Kərim”dən sitat gətirilir: “”Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin” (əl-Maidə, 2).
Bəyanat müəllifləri ABŞ vətəndaşlarının iradəsini ifadə edən Konqresin bütün dünyadan səslənən “Müdaxiləyə yox” sədalarına biganə qalmayacağına və Suriyada hərbi əməliyyat keçirilməsinə yox deyəcəyinə ümidvar olduqlarını bildiriblər.
“Bu, həm ABŞ-ın dünyadakı nüfuzunu artırar, həm də dünyamızı daha böyük fəlakətlərdən xilas edər. Dünya miqyasında sülh mükafatına layiq görülmüş ABŞ prezidentindən də gözləntimiz məhz bu yöndədir”,- deyə qeyd edilir.
“Əminik ki, veriləcək qərar Amerika xalqının milli maraqlarına ən uyğun bir qərar olub, bu dövlətin bütün dünyada nüfuz və qüdrətinin daha da artmasına dəlalət edən müdrik qərar olacaq. Biz dünya ictimaiyyətini, Birləşmiş Millətlər Təşkilatını, dünya dini liderlərini Suriyadakı qanlı münaqişənin tezliklə qarşısının alınması üçün səylərini qətiyyətlə səfərbər etməyə və problemin yalnız dialoq yolu ilə həllinə çalışmağa səsləyirik”,- deyə bəyanatda vurğulanır.
“Biz o bir olan Allaha dua edirik ki, Suriya torpağında hərbi əməliyyatlar barədə qərar tezliklə xətm olunsun, beynəlxalq hüququn gücü ilə həm bu torpaqlarda, həm də bütün dünyamızda sülh bərqərar olsun”, - deyə bildirilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət