Azərbaycan əhalisinin əksəriyyəti prezident İlham Əliyevi dəstəkləyir. Bunu "Rəy" Monitorinq Mərkəzinin avqustun sonunda ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.
Cavablar göstərir ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti - 84,7% öz səslərini indiki dövlət başçısı İlham Əliyevə verərdi.
"İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?" sualına respondentlərin 82%-ə yaxını "bəli, cavab verir" (tam və ya qismən), 6%-i "xeyr, cavab vermir", 5%-i isə "əsasən cavab vermir" deyə bildirib. Qalan respondentlər bu sualı cavablandırmaqda çətinlik çəkiblər.
Sorğu həmçinin göstərib ki, prezident seçkiləri qarşıdan gələn bazar günü, sentyabrın 8-də keçirilsəydi, rəyi soruşulanların əksəriyyəti (62%) birmənalı olaraq səsverməyə qatılardı. Daha 20% "yəqin ki, iştirak edərdim" cavab variantını seçib. Səsverməyə getməyəcəyini deyən respondentlər isə 13% təşkil edib. Qalan 5% cavab verməkdə çətinlik çəkib.
Respondentlərə müxalifət düşərgəsindəki proseslər haqda da sual verilib. Onlardan Milli Şuranın prezidentliyə "ehtiyat namizəd" irəli sürməsindən xəbərdar olub-olmadıqlarını soruşublar.
Məlum olub ki, rəyi soruşulanların böyük əksəriyyəti - 90,4%-i "ehtiyat namizəd" haqda ilk dəfədir eşidir. Və yalnız 9,6% bu haqda məlumatlı olduğunu bildirib (bu barədə məlumatı olanların 60%-i Bakının payına düşür).
Amma eyni zamanda, onların yalnız 58,3%-i bu namizədin adını çəkə bilib, 41,7%-i isə etiraf edib ki, Milli Şuranın ehtiyat namizədinin adını bilmir.
Sorğuda “Bəs bu payız seçicilər müxalifətin potensial namizədlərindən kimə səs verməyə hazırdırlar? sualı da qoyulub.
Sorğu zamanı həmin namizədlərdən Cəmil Həsənli 0,4%, Rüstəm İbrahimbəyov 0,2%, İsa Qəmbər, Əli Kərimli, Rəsul Quliyev və Eldar Namazov isə 0,1%-dən 0,3%-dək səs toplayıblar.
Yəni müxalifətin bütün nominantları birlikdə, o cümlədən namizəd siyahısına düşməmiş prezidentliyə iddialılar da daxil olmaqla, respondentlərin 1,5% səsini alıblar.
Hesabat 2013-cü il avqustun 26-30-da keçirilmiş "omnibus" tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb.
Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1535 nəfər iştirak edib. Nisbi xəta 3%-dir.
Əhalinin sosial stratifikasiyası, yaş və cinsi strukturunu proporsional şəkildə əks etdirən bu sorğu təsadüfi seçmə metodu əsasında Azərbaycanın 10 sosial-iqtisadi zonası üzrə 36 yaşayış məntəqəsini əhatə edib.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət