Azərbaycan və Böyük Britaniyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Uilyam Heyq BMT Təhlükəsizlik Şurasının gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bu barədə Azərbaycan XİN mətbuat xidməti çərşənbə günü məlumat verib.
Tərəflər əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd ediblər.
Böyük Britaniyanın 2012-ci ildə Yay Olimpiya Oyunlarını uğurla təşkil etdiyini vurğulayaran U.Heyq bu sahədə təcrübəsini Azərbaycan ilə bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.
Britaniyalı nazir həmçinin Azərbaycanın enerji məsələlərində rolunu yüksək qiymətləndirib və NATO çərçivəsində əməkdaşlığa və Əfqanıstanda həyata keçirilən əməliyyatlara verdiyi töhfələrə və dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.
O, ikitərəfli münasibətlərin gələcək inkişafının tərəflərin maraqlarına cavab verdiyini əminliklə söyləyib.
Dağlıq Qarabağ münaqişəsi ətrafında Ermənistan-Azərbaycan münaqişəsi mövzusuna tonunan U.Heyq Böyük Britaniyanın ATƏT-in Minsk Qrupunun və həmsədrlərin fəaliyyətini dəstəklədiyini və münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan edib.
E.Məmmədyarov Birləşmiş Krallıq ilə enerji sahəsində əməkdaşlığın uğurla həyata keçirildiyini qeyd edərək, sərmayələr, turizm, təhsil kimi digər sahələrdə də əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirib.
Qarabağ probleminə toxunan azərbaycanlı nazir vurğulayıb ki, münaqişənin nizamlanması üçün ilk olaraq Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması zəruridir və bundan sonra hərtərəfli sülh müqaviləsinin hazırlanması üzrə fəaliyyətə başlamaq lazımdır.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət