2013-cü ildə Azərbaycanda avtomobil yolları, yeraltı keçidlərin tikintisi və yenidən qurulmasına dövlət investisiyaları 975 mln. manat həcmində planlaşdırılıb. Bu barədə «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.
“Yolların, körpülərin, keçidlərin tikilməsi, yenidən qurulması və bərpası üçün milli investisiya qoyuluşunun məbləği 2003-cü ildə 2,4 mln. manat, 2008-ci ildə 1,2 mlrd. manat təşkil edib. 2013-cü ildə bu rəqəm ilkin olaraq 975 mln. manat məbləğində təsdiq olunub”, - deyə C.Qurbanov məlumat verib.
Onun sözlərinə görə, avtomobil yollarının saxlanılmasına dövlət xərclərinin həcmi ildən ilə artacaq. Əgər 2003-cü ildə dövlət büdcəsindən ayrılan vəsait 10 mln. manat, 2008-ci ildə 147,2 mln. manat təşkil edibsə, 2013-cü ildə onun həcmi 222 mln. manat həcmində planlaşdırılıb.
C.Qurbanov qeyd edib ki, son 10 il ərzində 2174 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri, yol-tikinti maşınları, avadanlıq və qurğular alınıb. Bundan başqa, bu dövr ərzində Azərbaycanda 35 asfalt-beton zavodu istifadəyə verilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət