Sentyabrın 10-da Bakıda Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEİBC) tərkibində fəaliyyət göstərən Caspian-European Tourism Club-un qapalı iclası keçirilib. İclasa Grand Hotel Europe otelinin baş meneceri, Caspian-European Tourism Club-un prezidentlərindən biri Elgün Məmmədov sədrlik edib.
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən otellərin, aviaşirkətlərin və turizm şirkətlərinin rəhbərləri iştirak ediblər. Bu tədbir CEIBC-yə üzv olan şirkətlərin turizm və mədəniyyət, nəqliyyat, maliyyə, vergilər, iqtisadi inkişaf, əmək və əhalinin sosial müdafiəsi nazirləri, eləcə də Mərkəzi Bank, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Milli Məclisin rəhbərliyi ilə görüşə hazırlıq çərçivəsində keçirilib.
CEIBC-nin baş icraçı direktoru Telman Əliyev iştirakçılara klubun məqsəd və vəzifələri barədə məlumat verib. O, biznes-hakimiyyət dialoqunun qurulması məqsədi ilə iqtisadiyyatın müxtəlif sahələrinin təmsilçiləri üçün belə tədbirlərin vacibliyini qeyd edərək əlavə edib ki, şirkətlər özləri biznes mühitin yaxşılaşmasına xidmət edən təkliflərlə dövlət qurumlarına müraciət etməlidirlər.
E.Məmmədov ölkənin turizm sektorunun inkişaf etdirilməsində Mədəniyyət və Turizm Nazirliyinin xüsusi rolunu qeyd edib. O, şirkətlərə yalnız problemlər barədə danışmağı deyil, həmçinin onların həlli yollarını təklif etməyi tövsiyə edib. Həmsədr həmçinin şirkətlərə Azərbaycanın nüfuzunun yüksəldilməsində daha fəal rol oynamağı təklif edib.
Şirkətlər maliyyə sahəsində onları maraqlandıran məsələ və problemləri müzakirə edib, bu problemlərin həlli yollarına nəzər salıblar.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət