Rəsmi Bakı əmindir ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə xüsusi işçi qrupunun 33-cü iclasında tərəflər açıq qalan məsələləri razılaşdıra biləcəklər.
“Xüsusi işçi qrupunun iclası Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması və Xəzəryanı dövlətlərin növbəti sammitinin Rusiyada keçirilməsi üçün əsasın yaradılmasına həsr olunub”, - deyə xarici işlər nazirinin müavini Xələf Xələfov çərşənbə günü işçi qrupun Bakıda keçirilən iclsında bəyan edib.
“Əminik ki, xüsusi işçi qrupunun müzakirələri prosesində biz Konvensiya çərçivəsində açıq qalan məsələləri razılaşdıra biləcəyik. Üçüncü Bakı sammitində tərəflərin qəbul etdiyi qərarların icrası ilə bağlı səyləri xüsusi qeyd etmək istərdim”, - deyə o əlavə edib.
X.Xələfov üçüncü sammitin bu məsələlərə dair protokol qərarlarının icrasının başa çatdırılması sammitin Rusiya Federasiyasında keçirilməsinə yaxşı əsas yarada biləcəyindən əminlik ifadə edib.
“Bununla yanaşı, Bakı sammitində Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlığa dair imzalanan sazişlərin ratifikasiyası uğurlu və səmərəli işə gətirib çıxarmalıdır. Tərəflər arasında ikitərəfli və çoxtərəfli formatlarda keçirilən görüşlər də danışıqlar prosesində irəliləyişə və Konvensiyanın tamamilə razılaşdırılmasına xidmət edir”, - deyə o vurğulayıb.
Xarici işlər nazirinin müavini qeyd edib ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət əsasında həllini tapa bilər.
“Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət, qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq əsasında həllini tapa bilər. Təhlükəsizlik, ekoloji məsələlər, su hövzəsindən, mineral resurslardan istifadə və dənizin dibinin bölüşdürülməsinə dair müddəaların müzakirəsinin davam etdirilməsinin əhəmiyyətini qeyd etmək istərdim. Xəzəryanı dövlətlərin qarşısında duran prioritet məsələlədən biri Xəzər dənizinin bioloji resurslarının qorunmasına dair sazişin üzərində işin başa çatdırılmasıdır”, - deyə X.Xələfov bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət