Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi prosesi çərçivəsində beş Xəzəryanı ölkənin xarici işlər nazirlərinin növbəti görüşü 2014-cü ilin birinci yarısında Moskvada keçiriləcək. Bu barədə Qazaxıstan xarici işlər nazirinin müavini Kayrat Sarıbay Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun Bakıda keçirilmiş 33-cü iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
“XİN başçıları səviyyəsində görüş Rusiyada keçirilməsi planlaşdırılan növbəti Xəzər sammitinə hazırlıq prosesində mühüm mərhələ olacaq”, - deyə K.Sarıbay söyləyib.
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin hüquqi statusu ilə bağlı təməl məsələlərin tezliklə razılaşdırılmasının və Xəzəryanı ölkələrin 3-cü sammitinin protokol qərarının icrasının xüsusi əhəmiyyətini vurğulayıb.
O, işçi qrupun Bakı görüşünü uğurlu adlandıraraq hələlik bir sıra məsələlərin razılıq tələb etdiyini də söyləyib: “Bir sıra məsələlər var ki, onlar üzərində işləmək lazımdır, müəyyən fikir ayrılıqları hələ qalır”,- deyə o qeyd edib.
Bakı görüşünün yekununda tərəflər Moskvada keçiriləcək növbəti yığıncaqda çıxış xətlərinin müəyyənləşdirilməsi metodikası üzrə ekspert fikirlərinin müzakirəsi və müvafiq kartoqrafik sxemlərin təqdim olunması barədə razılığa gəliblər.
İştirakçılar Xəzərin hüquqi statusu üzrə Konvensiya layihəsinin bir sıra müddəalarının razılaşdırılmasında irəliləyiş olduğunu qeyd ediblər.
Moskvada keçiriləcək toplantının vaxtı diplomatik kanallarla dəqiqləşdiriləcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət