İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Barak Obamanın məktubuna cavab verib. Bunu İran XİN-in rəsmi nümayəndəsi Mərziyə Əfxəm çərşənbə axşamı təsdiq edib.
Onun sözlərinə görə, “İran prezidenti Həsən Ruhani Barak Obamanın məktubuna cavabında müxtəlif mövzularla bağlı öz fikrini bildirib”.
Bəzi qərb KİV-ləri hesab edir ki, bu cür məktub mübadiləsi iki ölkənin liderləri arasında birbaşa dialoqun bərpası mümkünlüyünə işarə ola bilər.
“Associated Press” agentliyi məlumat verir ki, H.Ruhani BMT Baş Assambleyasının sentyabr ayında Nyu-Yorkda keçiriləcək iclasına gəlmək niyyətindədir. Bu isə İran liderinin orada ABŞ nümayəndələri ilə görüşə biləcəyini ehtimal etməyə imkan verir.
Bununla belə, M.Əfxəm iki liderin BMT çərçivəsində mümkün görüşü barədə məlumatları təkzib edib.
Xəbər verildiyi kimi, ABŞ 1980-ci ildə İran İslam Respublikasında amerikalıların girov götürülməsindən sonra bu ölkə ilə diplomatik münasibətlərə son qoyub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət