Cümə axşamı milli təhlükəsizlik naziri Eldar Mahmudov İtaliyanın Xarici Məlumat və Təhlükəsizlik Agentliyinin direktoru Adriano Santini ilə enerji təhlükəsizliyi, transmilli mütəşəkkil cinayətkarlıq, terrorçuluq, ekstremizm və qanunsuz miqrasiya məsələlərini müzakirə edib.
MTN-in İctimai Əlaqələr Mərkəzinin məlumatına görə, A.Santini E.Mahmudovun dəvəti ilə Azərbaycanda rəsmi səfərdədir.
Tərəflər iki ölkənin xüsusi xidmət orqanları arasında əməkdaşlığın yeni reallıqlara uyğun inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
Enerji təhlükəsizliyinin regional və beynəlxalq əhəmiyyət daşıdığını qeyd edən azərbaycanlı nazir mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar haqqında həmkarına məlumat verib.
A.Santini İtaliya və Azərbaycan, eləcə də müvafiq strukturlar arasında münasibətlərin inkişafından məmnunluq ifadə edib. O, aparılan dialoqların və məlumat mübadilələrinin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini vurğulayıb.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət